Azərbaycanda reabilitasiya sektorunun gücləndirilməsinə dair növbəti görüş keçirilib
18.11.2021 17:45
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Ölkə Ofisi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ilə birlikdə “Köməkçi texnologiyalar (KT) və reabilitasiya sektorunun Azərbaycanda gücləndirilməsi” mövzusunda maraqlı tərəflərin ikinci görüşünü keçirib.
 
Aztibb.az xəbər verir ki, görüşün məqsədi bu sahədə atılacaq addımların planlaşdırılması üçün müzakirələrin aparılması olub.
 
Tədbirdə “rATA” (KT-nin Sürətli Qiymətləndirilməsi üzrə ÜST-ün sorğu vasitəsi) tədqiqatı nəticəsində Azərbaycanda əldə olunan nəticələr interaktiv şəkildə müzakirə olunub, ölkədə bu sahədə görməli işləri barədə əhəmiyyətli tövsiyələr verilib.
 
Tövsiyələr əsasən iki istiqamətdə nəzərdə tutulub ki, burada həm KT təminatının cari vəziyyətinin öyrənilməsinin hərtərəfli təhlilinin aparılması, o cümlədən sektorlararası əməkdaşlığın gücləndirilməsi istiqamətində yol xəritəsinin hazırlanması, həm də KT-yə əlçatanlığın yaxşılaşdırılması, bu sahədə çalışanların, KT istifadəçilərinin və ümumiyyətlə əhalinin məlumatlılığının və maarifləndirilməsinin artırılması əhatə olunub.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub