“Səhiyyə“ işçi qrupunun onlayn iclası keçirilib
18.11.2021 15:38

Noyabrın 17-də “Səhiyyə“ işçi qrupunun videokonfrans formatında iclası keçirilib.

 

Bu barədə Aztibb.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, iclasda sağlam ömür uzunluğu, doğularkən gözlənilən ömür uzunluğu (HALE), əlilliklə əlaqəli ömür uzunluğu (DALY), Azərbaycanda əhali üçün bu göstəricilərin hesablanma qaydası və hazırki göstəricilər, eləcə də əhalinin sağlamlığının qorunması və sağlam ömür illərinin artırılması ilə bağlı məsələlər müzakirə olunub. Həmçinin səhiyyə sektorunda dövlət-özəl tərəfdaşlığı, bu sahədə beynəlxalq təcrübələrin iqtisadi və sosial əhəmiyyəti, mövcud vəziyyətin dəyərləndirilməsi, kiçik və orta biznesin inkişafının səhiyyə sahəsinə təsiri barədə fikir mübadiləsi aparılıb.

 

İclasda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Eyni zamanda, növbəti görüşlər üçün müzakirə olunacaq məsələlər ilə bağlı əsas istiqamət və hədəflər müəyyən edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub