Beynəlxalq Vaxtından Əvvəl Doğulmuş Uşaqlar Günü qeyd olunub
18.11.2021 11:44
UNICEF-in ölkəmizdəki nümayəndəliyinin maliyyə dəstəyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təşkilatçılığı ilə 17 noyabr - Beynəlxalq Vaxtından Əvvəl Doğulmuş Uşaqlar Gününə həsr edilmiş konfrans keçirilib.
 
Tədbirdə TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov, UNICEF-in Azərbaycandaki nümayəndəsi Aleks Haykens, Azərbaycan Respublikası səhiyyə nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Anar İsrafilov, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkəmizdəki nümayəndəsi Hande Harmancı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Raidə Əmirbəyova, “Regional İnkişaf” İctimai Birliyinin layihə rəhbəri Nəzrin Şirinovaya, Səhiyyə Nazirliyinin Neonatoloji Xidmətin Təkmilləşdirilməsi üzrə xüsusi komissiyasının sədri Rüstəm Hüseynov, "Yeni Klinika" Tibb Mərkəzinin direktoru v.i.e. Musa Abbasov, TƏBİB-in departament rəhbərləri, eləcə də Bakı, Sumqayıt və Gəncə şəhər Səhiyyə Mərkəzlərinin müdirləri və digər aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.
 
Konfransı giriş nitqi ilə açan TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov son illər səhiyyə sistemində maddi-texniki bazanın gücləndirilməsi və tibb müəssisələrinin ən son avadanlıqlarla təchiz edilməsinin vaxtından əvvəl doğulmuş uşaqların sağlam yaşaması, eyni zamanda xüsusi diqqətlə müalicə olunaraq cəmiyyətə yararlı şəxslər kimi inteqrasiya edilməsində mühüm əhəmiyyət kəsb etdiyini bildirib. O, ölkəmizdə İcbari Tibbi Sığortanın tətbiq edilməsi ilə ana olmağa hazırlaşan qadınların ödənişsiz olaraq tibbi xidmətdən istifadə etməsinin önəmini qeyd edib. V.Qurbanov ölkəmizdə vaxtından qabaq doğulanlara göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi, hamilə qadınlarda mümkün risklərin aşkar edilməsi və aradan qaldırılması, ana və körpənin lazımi xidmətlərdən faydalanması istiqamətində zəruri tədbirlərin görüldüyünü bildirib.
 
Daha sonra çıxış edən Azərbaycan Respublikası səhiyyə nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Anar İsrafilov, UNICEF-in Azərbaycandaki nümayəndəsi Aleks Haykens, ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı, Səhiyyə Nazirliyinin Neonatoloji Xidmətin Təkmilləşdirilməsi üzrə xüsusi komissiyasının sədri Rüstəm Hüseynov, “Regional İnkişaf” İctimai Birliyinin layihə rəhbəri Nəzrin Şirinova, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru, prof. Cəmilə Qurbanova və Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, prof. Allahverdi Musayev erkən doğulmuş uşaqlarla bağlı həyata keçirilən beynəlxalq layihələr, görülmüş işlər və göstərilən tibbi xidmətlər barədə danışıblar.
 
Tədbirdə "Türk Neontoloji Dərnəyi”nin rəhbəri, prof. Esin Koçun mövzu ilə bağlı iştirakçılara ünvanlandığı video-müraciəti təqdim edilib, həmçinin “Yeni Doğulmuş Uşaqlara Qayğı üzrə Avropa Fondu”nun həmsədri xanım Silke Maderinin müraciəti səsləndirilib.
 
Sonda tədbirdə iştirak edən vaxtından əvvəl doğulmuş və normal həyatlarını davam etdirən bir qrup uşağa hədiyyələr təqdim edilib.
 
Qeyd edək ki, konfransın ikinci hissəsi mütəxəssislərin təqdimatları və mövzu ətrafında fikir mübadiləsinin aparılması ilə davam etdirilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər