ÜST-ün Avropa üzrə Regional Ofisinin missiyası Azərbaycana səfər edib - Fotolar  
17.11.2021 17:28
“Köməkçi texnologiyalar (KT) və reabilitasiya sektorunun Azərbaycanda gücləndirilməsi” layihəsi çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional Ofisinin missiyası ölkəyə səfər edib.
 
Aztibb.az xəbər verir ki, ÜST-ün Avropa üzrə Regional Ofisinin Əlillik, Reabilitasiya və Palliativ Yardım üzrə regional müşaviri Satiş Mişra və Əlillik, Reabilitasiya və Səhiyyə xidmətləri üzrə mütəxəssisi Katal Morqanın iştirakı ilə baş tutan missiyanın məqsədi Azərbaycanın KT və reabilitasiya sektorunun fəaliyyətini müşahidə etmək, maraqlı tərəflərlə ÜST-ün təşkilatçılığı ilə dünyanın 67 ölkəsində keçirilmiş və 2021-ci ildə Azərbaycanda həyata keçirilən köməkçi texnologiyalar üzrə ehtiyacları öyrənən “r-ATA” (Sürətli Köməkçi Texnologiyaların Qiymətləndirilməsi üzrə ÜST-ün sorğu vasitəsi) sorğusunun nəticələri ilə bağlı fikir mübadiləsi aparmaq, eləcə də mümkün inkişaf yollarını müzakirə etmək olub.
 
Missiya çərçivəsində mütəxəssislər ÜST-ün Azərbaycan Nümayəndəliyinin əməkdaşları və müvafiq qurumlarla görüşlər keçirib və Azərbaycanda KT və reabilitasiya sektorunun cari vəziyyəti, sorğu və müşahidə nəticələri, mümkün inkişaf yollarını ətraflı müzakirə ediblər.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub