Tədris Terapevtik Klinikada "Kiçik çanaqda maye" mövzusunda seminar keçirilib
17.11.2021 17:10
Bu gün Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında müalicə işləri üzrə direktor müavini Fəridə Hacıyevanın və həkim-rezidentlərinin iştirakı ilə “Kiçik çanaqda maye” mövzusunda seminar keçirilib.
Aztibb.az xəbər verir ki, tədbirdə klinikanın həkim-endokrinoloqu, tibb üzrə fəlsəfə doktoru, doset Səbinə Məşədiyeva-Bayramova çıxış edərək xəstəlik və müasir müalicə metodları barədə ətraflı məlumat verib. Bildirib ki, kiçik çanaqda maye-gizli hipotireozun maskalarından biridir.
Onun sözlərinə görə, hipotireoz – tiroksinin çatmazlığı ilə gedən və sonraki dövrlərdə triyodtironinin orqanizmin hüceyrələrində təsirinin azalması ilə səciyyələnən kliniki sindromdur. Bunlar metabolik proseslərin total ləngiməsinə və fibronektin ilə birgə hidrofil qlikozaminqlikanların dərialtı piy təbəqəsində, əzələlərdə, başqa toxumalarda çökməsi nəticəsində interstisial ödemin əmələ gəlməsinə gətirib çıxarır: "Hipotireoz, qalxanvari vəzin funksiyasının azalması əslində geniş yayılmış xəstəliklərdən biridir. Amma çox vaxt müxtəlif ixtisaslı həkimlər onun maskalanmış formalarına rast gəlirlər".
Xəstəliyin subklinik formasının tez-tez diaqnostikadan yayındığını və yaxud təsadüfən ümumi müayinələr zamanı aşkarlandığını deyən S.Məşədiyeva-Bayramova bildirib ki, xəstəliyin manifest forması da bəzən zəif klinik simptomlara malik olur. Müəyyən hallarda isə hipotireozun simptomları başqa xəstəliklərin simptomları ilə oxşar olur. Bütün bunlar isə, xəstəliyin aşkarlanmasında əlavə çətinliklər yaradır.
Məruzəçi qeyd edib ki, subklinik hipotireoz zamanı tipik simptomlar olmur. Bəzi hallarda əhval-ruhiyyənin düşkün olması, depressiya, ümumi xolesterinin, aşağı sıxlıqlı lipoproteidlərin səviyyəsinin artması müşahidə edilir.
"Manifest formada xəstəliyin klinik əlamətləri daha parlaq olur. Xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq mübadilə-hipotermik sindromu, miksedematoz ödemi, sinir, ürək-damar, ifrazat, dayaq-hərəkət, həzm sistemlərinin zədələnmələrini qeyd etmək olar. Bundan başqa, anemik sindromu, hiperprolaktinemik hipoqonadizmi, ektodermal pozğunluqları qeyd etmək vacibdir. Xəstəliyin orta ağırlıq gedişatı zamanı və ağır formalarında perikardda və plevral boşluqlarda maye toplanmasına, poliserozitlərə və assitə rast gəlmək olar. Hipotireozun ağır fəsadlarına ürək çatışmazlığı, ağır depressiya, ürək komasına gətirən ürək vurğularının azalması, hipotireoid koma, Alsheymer xəstəliyi aiddir", - deyə o, bildirib.
Sonda klinikanın digər həkim-rezidentlərilə birgə mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.
Bu bölməyə aid digər xəbərlər
Beynəlxalq İPİN həftəsinə həsr edilən tədbir keçirilib
23.10.2026 | 13:11
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 12:33
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 10:39
Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
21.10.2026 | 11:08
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə
17.10.2026 | 08:03
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12

