Noyabrın 17-si Beynəlxalq Vaxtından Əvvəl Doğulan Uşaqlar Günüdür  
17.11.2021 08:29

2009-cu ildə Yeni Doğulmuş Uşaqlara Nəzarət üzrə Avropa Fondunun təşəbbüsü ilə noyabrın 17-də Beynəlxalq Vaxtından Əvvəl Doğulan Uşaqlar Günü təsis edilib.

 

Aztibb.az xəbər verir ki, 2009-cu ildən etibarən həmin gün Yeni Doğulmuş Uşaqlara Nəzarət üzrə Avropa Fondunun təşəbbüsü ilə qeyd olunmağa başlanılıb. Məsələ burasındadır ki, həmin gün Yeni Doğulmuş Uşaqlara Beynəlxalq Qayğı Fondunun banilərindən biri üçün xüsusi məna və əhəmiyyət daşıyır. 2006-cı ilin dekabrında vaxtından əvvəl doğulmuş üçəm körpələrin ölümündən sonra 2008-ci il noyabrın 17-də həmin ailədə sağlam qız dünyaya gəlib. Bir il sonra həmin gün Avstriyanın paytaxtındakı Müqəddəs Mixail meydanında Vyana universitet klinikasının professorları Arnold Pollak və Angelika Berger il ərzində vaxtından qabaq doğulmuş uşaqların sayına uyğun olaraq səmaya eyni vaxtda 500 ağ şar buraxıblar.

 

Bu günün qeyd olunmasının məqsədi vaxtından əvvəl doğumun təhlükəsi və fəsadları, profilaktikası və hamiləliyin tam vaxtında başa çatdırılması haqqında ictimaiyyəti məlumatlandırmaqdan ibarətdir.

 

Hər il planetdə təxminən 15 milyon uşaq vaxtından qabaq doğulur. Erkən çağa doğulan ailələrdə körpələrin təkcə keyfiyyətli müalicəsinə deyil, həm də psixoloji dəstəyə ehtiyac duyulur. Vaxtından əvvəl doğuş problemi ilə ailə və cəmiyyətin rifah və inkişaf səviyyəsindən asılı olmayaraq üzləşmək mümkündür. Lakin təcrübə göstərir ki, vaxtından qabaq doğulanların xeyli hissəsi nəinki sağlam və gümrah, hətta görkəmli şəxsiyyətlərə çevrilirlər.

 

2014-cü il oktyabrın 26-da Nazirlər Kabineti ölkəmizdə “Diri doğulmanın beynəlxalq meyarları” haqqında Qərar qəbul edib və 2015-ci il yanvarın 1-dən mülkiyyət formalarından asılı olmayaraq, respublikamızın bütün tibb müəssisələrində onu tətbiq edirlər. Dünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən doğuş hamiləliyin 22-ci həftəsindən hesablanır. Həmin vaxta qədər dölün məhv edilməsi abort kimi qəbul edilir. Beləliklə, əvvəllər hamiləlik 28-ci həftədən hesablanırdısa, indi onu daha 6 həftə irəli çəkiblər. Bununla yanaşı, beynəlxalq qaydalara uyğun olaraq yeni doğulan körpənin çəkisi 500 qram və ya artıq olmalı, ən azı 4 həyat əlamətindən -sərbəst nəfəs, ürək döyüntüsü, göbəkbağının döyünməsi və əzələlərin sərbəst hərəkətinə malik olmalıdır. Həmin əlamətlər olmadıqda körpə ölü doğulmuş hesab edilir.

 

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Üsküdar Universitetinin bir qrup tələbəsi ATU-da kliniki təcrübə proqramını uğurla başa vurub
Təcili tibbi yardım briqadaları doğuş proseslərini uğurla icra edib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Mərkəzi Gömrük Hospitalının travmatoloqu AZTV-yə müsahibə verib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Naxçıvanın Dırnıs Kənd Ailə Sağlamlıq Mərkəzində tibbi müayinə aksiyası keçirilib
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu