Avropa və Asiyanı ayağa qaldıran epidemiya: Hər iki adamdan biri ölür
16.11.2021 21:01
Dünya koronavirus pandemiyası ilə mübarizə apararkən, Avropa və Asiya ölkələri son bir neçə ay ərzində ardıcıl olaraq, quş qripi epidemiyalarının baş verdiyini bildirirlər.
Aztibb.az xəbər verir ki, bu vəziyyətə görə bir milyona yaxın ev quşunun tələf edilməsinə baxmayaraq, insanlara keçə bilən quş qripi növü olan H56N yoluxmalarının artması ölkələri təşvişə salıb.
Son bir neçə ayda Avropa və Asiyada bir neçə şiddətli quş qripi epidemiyası barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına (OIE) məlumat verilib. Mütəxəssislər bunun virusun yenidən sürətlə yayılmağa başladığının göstəricisi olduğunu bildiriblər.
H5N6 ilk dəfə 2014-cü ildə Çində aşkar olunduqdan sonra 48 nəfər bu virusa yoluxub. Bildirilib ki, yoluxma hallarına əsasən təsərrüfatlarda çalışan insanlarda rast gəlinib. Lakin son həftələrdə də artım var və yoluxmuş insanların yarısından çoxu ölür.
Bu, H5N6-nın mutasiyaya uğrayaraq sürət qazandığını və son dərəcə təhlükəli olduğunu göstərir.
OIE Cənubi Koreya səlahiyyətlilərinin hesabatına istinad edərək, Cənubi Koreyanın bir şəhərində, heyvan fermasında böyük bir epidemiyanın olduğunu və 770.000 heyvanın kəsildiyini bildirib.
Təşkilat həmçinin bildirib ki, Yaponiyanın şimal-şərqindəki bir quşçuluq ferması da 2021-ci ilin qış mövsümünün ilk epidemiyası barədə məlumat verib. Bu epidemiyada dominant virus növünün H5N8 olduğu açıqlanıb.
Digər tərəfdən, OIE quş qripi epidemiyalarının Avropa qitəsində sürətlə yayılmasına diqqət çəkib. Müvafiq olaraq, Norveçin Roqaland bölgəsində quş dəstələrində H5N1 epidemiyası tapılıb.

Mütəxəssislər quş qripinin təbiətdəki çöl quşları arasında yayıldığını və onların miqrasiyası zamanı xəstəliyin bir çox ölkədə quşlara da keçə biləcəyi barədə xəbərdarlıq ediblər.
Belçika hökuməti Antverpen şəhərində vəhşi qazda yüksək patogenli quş qripi ştammı aşkar edildikdən sonra bazar ertəsi günündən etibarən ev quşlarının qapalı şəraitdə saxlanmasını əmr edərək, ölkədə quş qripi riskinin artdığını elan edib.
Bu addım qonşu ölkələr olan Fransa və Hollandiyada da diqqət mərkəzindədir.
Quş qripi adətən yalnız xəstə heyvanlardan digər heyvanlara və ya onlarla təmasda olan insanlara ötürülür. Lakin elm adamları xəstəliyin insandan insana keçə biləcək bir formaya çevriləcəyindən narahatdırlar.
COVID-19-a səbəb olan SARS-COV-2-dən 25 dəfə daha yoluxucu olan virusa görə milyonlarla insanın ölə biləcəyi proqnozlaşdırılır.
Bu bölməyə aid digər xəbərlər
ÜST: Afrikada aşkar edilən virus COVID-19-la rəqabət apara bilər
20.02.2023 | 10:22
Bəzi xəstəliklər müalicə olunmadan öz-özünə keçir - Praktiki yanaşma
31.01.2023 | 12:16
Qripdən ölümün əsas səbəbləri – Terapevt AÇIQLADI
30.01.2023 | 09:32
Bu infeksiyalar uşaqlarda davamlı qripin səbəbidir!
15.01.2023 | 11:33
“Sputnik V” uzunmüddətli qorunmanı təmin edir - Araşdırma
12.01.2023 | 21:09
Səsin dəyişməsi və boğulma B qripinin simptomlarıdır
08.01.2023 | 12:16
Virus daim dəyişir: Ağciyər toxumasına nüfuz etmək qabiliyyətini itirib
02.02.2022 | 14:45
Bu məşqlər qaçışı əvəz edə bilər: Reabilitoloqdan gözlənilməz məsləhət
02.02.2022 | 11:55
Omikron bədəndən 5-7 günə təmizlənir
02.02.2022 | 11:20
COVID-19 peyvəndi həblə əvəz ediləcək: İynədən qorxanlar üçün fürsət
01.02.2022 | 16:50
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51

