Biofiziki metodların tibbə tətbiqinə dair elmi nəticələr müzakirə olunub
15.11.2021 14:32

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının növbəti onlayn iclası keçirilib.

 

Tədbirdə Biofizika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımovun “Zülal aqreqatlarının parçalanması üzrə biofiziki tədqiqatlar: amiloid xəstəliklərinin müalicəsində yeni perspektivlər” mövzusunda elmi məruzəsi dinlənilib. Alim bildirib ki, institutda aparılan tədqiqat işləri daima AMEA Rəyasət Heyətinin və FRTEB-in diqqət mərkəzində olub və Biofizika İnstitutunun qarşısında bir sıra mühüm vəzifələr, o cümlədən, dünyəvi xarakter daşıyan xərçəng və neyrodegenerativ xəstəliklərin biofiziki üsullarla tədqiqi üzrə tapşırıqlar verilib.

 

O, 2021-ci ildə AMEA-TUBİTAK layihəsi çərçivəsində anti-xərçəng peptidləri üzrə nəzəri və eksperimental işlərin aparıldığı, xərçəng hüceyrələrinin məhv etmə mexanizmi üzrə mühüm nəticələrin əldə edildiyini vurğulayıb.

 

Neyrodegenerativ xəstəliklərin (Alzeymer, Parkinson, Prion və s.) əsasını təşkil edən zülal aqreqatlarının yaranma mexanizmi, kinetikası, ətraf mühit və s. faktorlardan asılılığına aid alınan nəticələrdən danışan məruzəçi vurğulayıb ki, zülal aqreqatlarının yaranması nəticəsində baş verən fəsadlar 40-a yaxın müxtəlif xəstəliklərdə müşahidə olunur və ona görə də müasir təbabətin ən mühüm problemlərindən biridir. 

 

Onlayn tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, FRTEB-in Ümumi yığıncağının sədri, akademik Rasim Əliquliyev AMEA-nın gənc elmi müəssisəsilərindən biri olan Biofizika İnstitutunun alim və mütəxəssisləri tərəfindən aparılan multidissiplinar tədqiqatları, beynəlxalq layihələrdə xarici həmkarları ilə birlikdə əldə etdikləri nailiyyətləri yüksək qiymətləndirib. 

 

Məruzə ətrafında aparılan müzakirələrdə akademiklər – Fikrət Əliyev, Adil Qəribov, Yusif Məmmədov, Nazim Məmmədov, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev, Bakı Dövlət Universitetinin professorları Niftalı Qocayev və Rövşən Xəlilov çıxış edərək rəy və təkliflərini səsləndiriblər.

 

Tədbirdə FRTEB-in və onun elmi müəssisələrinin qarşısında duran müxtəlif cari məsələlərin həlli istiqamətində müzakirələr və fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib