ATU-da Zəfər Gününə həsr olunmuş vebinar keçirilib
15.11.2021 14:30
Azərbaycan Tibb Universiteti (ATU) Əczaçılıq fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) Zəfər Gününə həsr olunmuş vebinar keçirilib.
Aztibb.az xəbər verir ki, 130-a yaxın şəxsin iştirak etdiyi tədbirə universitetin tələbə, müəllim-professor heyəti ilə yanaşı, Azərbaycan Dövlət Aqrar Universiteti, Naxçıvan Dövlət Universiteti, Bakı Dövlət Universitetinin müəllim-professor, tələbə heyəti, Türkiyə və Almaniyada təhsilini davam etdirən məzunlar da qatılıblar.
Tədbirin əvvəlində 44 günlük Vətən müharibəsinə dair videoçarx nümayiş etdirilib. Sonra Əczaçılıq fakültəsi TEC-in rəhbəri, dosent Nərgiz Məmmədova çıxış edib. O, Zəfər bayramının tarixi əhəmiyyətindən danışaraq qeyd edib ki, şanlı qələbəmiz müzəffər Azərbaycan Ordusunun gücü, ölkəmizdə yaşayan bütün millətlərin birliyi və Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti və rəhbərliyi nəticəsində əldə olunub.
N.Məmmədova konfransı açıq elan etdikdən sonra Dövlət Himnimiz səsləndirilib. Sonra Vətən müharibəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
N.Məmmədova iştirakçılara fakültə TEC-in iş mexanizmi haqqında məlumat verib: “2 ilə yaxın davam edən pandemiya dövründə fakültəmizdə bu sahədə iş demək olar ki, dondurulub. Aşağı kursların tələbələrinin Cəmiyətin işi haqqında məlumatı olmadığı üçün bu tədbirdə TEC-in fəaliyyəti, elmi işin tələbə üçün əhəmiyyəti, bu sahədə tələbələri aktivləşdirmək üçün görülən tədbirlər haqqında çıxışların olacağını vurğulayıb.
Daha sonra çıxış edən Əczaçılıq fakültəsinin dekanı, dosent Kamandar Yaqubov Zəfər Günü haqqında geniş məlumat verib. O, universitet rəhbərliyinin tələbələrin elmi işlərə cəlb edilməsi məsələsinə xüsusi diqqət yetirdiyini, bunun üçün tələbələrə lazımi şərait yaradıldığını qeyd edib.
ATU TEC-in rəhbəri, dosent Müşviq Orucov isə keçirilən tədbirin məhz belə bir əlamətdar günə həsr edilməsinin böyük əhəmiyyətindən danışıb. O, TEC-in son illərdə qazandığı nailiyyətlər, beynəlxalq əlaqələrindən söhbət açıb. Əczaçılıq fakültəsi TEC-in bu sahədə öndə gedənlərin siyahısında olduğunu qeyd edib. M.Orucov son 3 ildə Əczaçılıq fakültəsi TEC-in sədri olan Qəmər Məmmədbəylinin fəaliyyətini yüksək qiymətləndirib və onun kimi tələbələrdən universitetimizdə daha çox olmasını arzulayıb.
Qəmər Məmmədbəyli də konfrans iştirakçılarını bayram münasibəti ilə təbrik edib, Əczaçılıq fakültəsi TEC-in son illərdə göstərdiyi fəaliyyətdən danışıb və buna aid hazırladığı videoçarxı nümayiş etdirib.
Konfransın panel sessiyasında ATU-nun Əczaçılıq fakültəsinin məzunları, Bakı Dövlət Universitetinin "Sənaye Kimyası" tədqiqat laboratoriyasının doktorantı, Yüksəkmolekullu birləşmələr kimyası kafedrasının müəllimi Sərvinaz Hacıyeva, Almaniyanın Darmştadt Texnik Universitetinin Organik Kimya və Biokimya İnstitutunun doktorantı Fərid Əhmədov, ATU-nun Əczaçılıq kimyası kafedrasının doktorantı, baş laborant Aytəkin Qəribli çıxış ediblər. Onlar öz çıxışlarında tələbəlik dövründə elmi-tədqiqat və ictimai fəaliyyətin gələcək karyeradakı rolu haqqında danışıb və tələbələrə bu sahədə uğurlar qazanmaq üçün tövsiyələrini veriblər.
Daha sonra 5 tələbənin elmi-tədqiqat işləri təqdim olunub. Tələbələrdən Lamiyə Yusifovanın “Epidemiya və pandemiyaların yaranma tarixinin öyrənilməsi”, Nurstan Talib Srrmrinin “Nucleic acids, drugs based on them and application in medicine”, Günel Məmmədəliyevanın “Proteolitik təsirli ferment preparatları”, Gülmaya Əsgərovanın “Количественное фотометрическое определение метоклопрамида гидрохлорида в препарате “Церулин””, magistirlərdən Ayan Abasova, Musəvin Babayeva, Fatimə Hacıyevanın “Əczaçılıqda elmi-tədqiqat aparılmasının mərhələləri, ədəbiyyat axtarışının əhəmiyyəti” mövzusunda etdiyi çıxışlar iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Bu bölməyə aid digər xəbərlər
Pediatr alimin 53 illik fəaliyyəti yüksək qiymətləndirilib
24.10.2026 | 09:30
Beynəlxalq İPİN həftəsinə həsr edilən tədbir keçirilib
23.10.2026 | 13:11
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 12:33
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 10:39
Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
21.10.2026 | 11:08
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51

