Bildirçin yumurtasının FAYDALARI
15.11.2021 16:15

Toyuq yumurtasından üç-dörd qat daha yüksək qida dəyərinə malik bildirçin yumurtası kiçik ölçülü olmasına baxmayaraq, vitamin və minerallarla zəngindir. Onun mütəmadi istehlakı müəyyən xəstəliklərin profilaktikasında müsbət rol oynayır. Həmin yumurtanın istehlakı orqanizmdə hər hansı bir diatez və allergik əlamətlərə səbəb olmur.

 

Aztibb.az tibbi mənbələrə istinadla xəbər verir ki, bildirçin quşunun bədən hərarəti həmişə 42 dərəcə C olduğundan müxtəlif infeksiyalara qarşı dözümlüdür və yeganə quşdur ki, patogen mikroorqanizm olan Salmonella virusuna yoluxmur. Ona görə də ondan çiy halda da istifadə etmək olar.

 

D vitamini ilə zəngin olan yumurta sümüklərin kövrəkliyinin qarşısını alaraq onları gücləndirir. Tərkibində mövcud olan A vitamini isə görmə və göz sağlamlığının qorunmasında olduqca müsbət təsirə malikdir. Bu, kataraktanın inkişafının qarşısını almağa kömək edərək görmə qabiliyyətini yaxşılaşdırır. Tərkibindəki B qrup vitaminləri hormonal və fermentativ funksiyalar da daxil olmaqla bədəndəki bütün metobolik aktivliyin sürətləndirilməsində böyük rol oynayır. Bildirçin yumurtasının tərkibində A və C vitaminləri sərbəst radikalları zərərsizləşdirməklə insan sağlamlığını qorumağa kömək edir.

 

Bildirçin yumurtaları qırmızı qan hüceyrələrinin əmələ gəlməsində xüsusi rola malik dəmirlə zəngin olduğundan qan azlığının və anemiyanın qarşısını alaraq xəstəliyə tutulma riskini minimuma endirir.

 

Antiallergik məhsul hesab edildiyindən allergiyadan əziyyət çəkənlərin bildirçin yumurtası istehlakı tövsiyə edilir. O, toyuq yumurtaları ilə müqayisədə kaliumla daha çox zəngindir. Qan təzyiqini normaya salaraq damarların genişlənməsinə səbəb olur və bunun nəticəsində stress və gərginlik aradan qalxır. Yumurtanın tərkibində olan fosfor isə zehnin inkişafını stimullaşdırır, yaddaşı yaxşılaşdırır. Xüsusilə uşaq və yeniyetmələrin inkişafında vacib qidadır. Bildirçin yumurtası həm də böyrək, qaraciyər, öd kisəsinin düzgün fəaliyyətini təmin edən faydalı qidalardandır. Tərkibindəki lesitin vasitəsilə daşların böyüməsinin qarşısını alır, onların parçalanmasına kömək edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib