Azərbaycanlı professor beynəlxalq toplantıda mədəaltı vəzi üzərində laparoskopik əməliyyatlar barədə danışıb
14.11.2021 14:10

Mustafa Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin professoru, Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin və Almazakademie Tibbi Treyninq Mərkəzinin sədri Qurbanxan Müslümov noyabrın 10-13-də Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Avrasiya Təcili Cərrahiyyə Cəmiyyətinin birinci və Özbəkistan Təcili Yardım Cəmiyyətinin beşinci konqresində iştirak edib.

 

Aztibb.az xəbər verir ki, həmin nüfuzlu cəmiyyətin təsisçilərindən və konqresin sədrlərindən biri olan azərbaycanlı professor ABŞ, İngiltərə, Almaniya, Yaponiya, Cənubi Koreya, Hindistan, Rusiya, Ukrayna və s. ölkələrdən olan 500-ə yaxın iştirakçı üçün mədəaltı vəzi üzərində aparılan laparoskopik əməliyyatlar barədə onlayn məruzə ilə çıxış edib.

 

Həmçinin Q.Müslümov toplantı zalına translyasiya edilməklə üç gün ustad dərsləri verib. Onlayn olaraq bütün regionda translyasiya edilmiş ustad dərsləri zamanı professor canlı olaraq mədə, düz və yoğun bağırsaqlar üzərində ən mürəkkəb əməliyyatları icra edərək əməliyyat texnikalarını konqres iştirakçılarına tədris edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib