Azərbaycana Birgə Yardım Təşkilatının nümayəndələri Tədris Terapevtik Klinikasında olublar - FOTO
13.11.2021 17:19
Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) ölkəmizdəki direktoru Qven Börçellin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında olublar.
 
Aztibb.az xəbər verir ki, beynəlxalq təşkilatın rəhbərini qəbul edən Tədris Terapevtik Klinikasının direktoru, professor Surxay Musayev müəssisənin yaranması və fəaliyyəti haqqında qonaqlara geniş məlumat verib.
 
ATU-nun terapevtik yönümlü kafedralarının bu klinikada cəmləndiyini bildirən S.Musayev pandemiya və Vətən müharibəsi dönəmində klinika əməkdaşlarının fədakarlığı haqqında danışıb. Gələcək planlar və gözlənilən yeniliklərdən söz açan klinika rəhbəri bunlar sırasında sümük iliyi transplantasiyasının həyata keçirilməsi ilə bağlı planları da xüsusilə vurğulayıb.
 
Görüş çərçivəsində ATU-nun Tədris Terapevtik Klinikasının bazasında yerləşən kafedra və şöbələrin əməkdaşları, rezidentlər və yuxarı kurs tələbələri üçün UAFA-nın fəaliyyəti və əməkdaşlıq istiqamətləri barədə məlumat xarakterli seminar təşkil olunub.
 
UAFA-nın rəhbəri Qven Börçell isə öz növbəsində rəhbərlik etdiyi təşkilatın məqsəd və məramını açıqlayıb. Qeyd edib ki, 1998-ci ildə yaradılan təşkilatın əsas məqsədi Azərbaycanda səhiyyəyə, xüsusilə azyaşlı uşaqlara və təhsilə xüsusi diqqət ayırmaqla həyat səviyyəsinin davamlı inkişafına kömək etməkdir. Onun sözlərinə görə, bu 23 il ərzində UAFA həm Azərbaycan daxilində, xüsusən də əlilliyi olan uşaqların sağlamlıq və təhsil məsələlərinə diqqət yetirən ciddi bir qurum kimi formalaşıb. Bu baxımdan, tibbi və sosial köməyə ehtiyacı olan əlil uşaqlara yardım məqsədilə reallaşdırılan layihələr xüsusi önəm daşıyır. Təklif və rəylərini klinika rəhbəri ilə bölüşən xanım Qven Börçell bildirib ki, UAFA-nın “Uşaqlıq dövründə təhsil və sosial inkişaf üzrə baza kursu”nun (CHED) ATU-nun Tədris Terapevtik Klinikasının bazasında aparılması və tədrisə inteqrasiyası məqsədəuyğun ola bilərdi.
 
Daha sonra CHED kursunun meneceri Ülviyyə Mirzəyeva layihə haqqında ətraflı məlumat verib. 2018- ci ildən bu təşkilatın tərkibində fəaliyyətə başlayan CHED kursunun əsas məqsədi, prinsipi, potensial imkanları barədə söz açan Ü.Mirzəyeva vurğulayıb ki, kursda ali təhsilli fizioterapist, loqoped və digər mütəxəssislərə həm praktiki bacarıqlar, həm də nəzəri biliklər tədris edilir.
 
Sonda CHED kursunun ATU-nun Tədris Terapevtik Klinikasının bazasında yaradılması, bu kurslara gənc həkimlərin, rezidentlərin cəlb edilməsi və tədris proqramlarına inteqrasiya prespektivləri ilə bağlı müzakirələr aparılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib