Tədris Terapevtik Klinikasında Ümumdünya Pnevmoniya ilə Mübarizə Gününə həsr edilmiş konfrans keçirilib
13.11.2021 19:40
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında Ümumdünya Pnevmoniya ilə Mübarizə Gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib.
Aztibb.az xəbər verir ki, əvvəlcə ATU-nun Tədris Terapevtik Klinikasının direktoru, professor Surxay Musayev çıxış edərək tədbir iştirakçılarını ikinci Vətən Müharibəsində qazandığımız Zəfərin ildönümü münasibətilə təbrik edib, zəfərimizin əbədi olmasını arzulayıb. O, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət diləyib.
Professor S.Musayev Dünya Pnevmoniya Gününün önəmindən danşaraq bildirib ki, bu günün təsis olunmasında əsas məqsəd dünya ictimaiyyətinin diqqətini pnevmoniya xəstəliyinə yönəltməkdir. Bütün dünyada COVID-19 virusu yayıldıqdan sonra ağciyər xəstəlikləri, xüsusilə də pnevmoniya ilə bağlı məsələ daha da ciddiləşdiyindən, bu günün qeyd olunması çox əhəmiyyətlidir.
Daha sonra konfrans öz işinə müxtəlif aktual mövzuları əhatə edən mühazirələrlə davam edib.
Tədbirdə professor Əlizamin Sadıqovun “Hospitaldaxili və Ventilyator Assosiasiyalı Pnevmoniyalar: xəstə nəticələrini necə yaxşılaşdırmalı?”, Cavid Paşayevin “Ağır sepsis və septik şok, yeniliklər nədir?”, Gülizar Əliyevanın “Hospitalizə olunmuş Covid-19 xəstələrində ikincili bakterial pnevmoniyalar: Antibiotik tətbiqinin yeganə və düz ünvanı” və Emil Qasımovun “COVID-19 infeksiyaları zamanı kəskin respirator distress sindromu, müalicəyə müasir yanaşmalar” mövzusunda məruzələri dinlənilib.
Bu bölməyə aid digər xəbərlər
Pediatr alimin 53 illik fəaliyyəti yüksək qiymətləndirilib
24.10.2026 | 09:30
Beynəlxalq İPİN həftəsinə həsr edilən tədbir keçirilib
23.10.2026 | 13:11
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 12:33
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 10:39
Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
21.10.2026 | 11:08
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51

