Kanadalı həkim dünyada ilk dəfə xəstəyə "iqlim dəyişikliyi" diaqnozu qoydu
12.11.2021 21:22
Məlumdur ki, iqlim dəyişikliyi və qlobal istiləşmə dövrümüzün ən böyük problemlərindəndir.
 
Aztibb.az xəbər verir ki, dünyanın bir çox ölkəsində son illər iqlim dəyişikliyi səbəbindən sel, meşə yanğınları və quraqlıq kimi təbii fəlakətlər artıb.
 
İqlim dəyişikliyinin insan xəstəliklərinə təsiri nədir?
 
Kanadada baş verən hadisə qlobal istiləşmənin zərərlərini göstərən növbəti örnəkdir.
 
Kanadalı həkim ölkədəki həddindən artıq istilər səbəbindən nəfəs almaqda çətinlik çəkən yaşlı xəstəyə tarixdə ilk dəfə olaraq "iqlim dəyişikliyi" diaqnozu qoyub və xəstənin iqlim dəyişikliyindən əziyyət çəkdiyini izah edib.
 
Kayl Merrit adlı həkim 70 yaşlı qadın xəstədə yoluxucu xəstəlik aşkarlayıb.
 
Ötən ilin iyulunda Kanadada rekord dərəcədə temperatur qeydə alındı və rəsmi olaraq təxminən 600 nəfərin aşırı istilər səbəbindən öldüyü açıqlandı.
 
Dr. Merrit sözügedən qadın xəstədə astma, ürək çatışmazlığı və susuzluq kimi simptomların olduğunu və yüksələn temperaturun bu xəstəliklərin təsirini daha da artırdığını qeyd edib. Bu səbəblərə görə Merrit xəstəsinə "iqlim dəyişikliyi" diaqnozu qoyub.
 
"Əgər biz sadəcə xəstəliyin əlamətlərini aradan qaldırsaq və problemin kökünə varmasaq, daim geridə qalacıq və tibbdə heç bir irəliləyiş olmayacaq", – deyə həkim bildirib.
 
"İqlim dəyişikliyi" diaqnozunun sağlamlığın bərpasında rolu olacaqmı?
 
Dünyanın nüfuzlu akademik tibb jurnalı olan "The Lancet"in müəllifi Marina Romanello kanadalı həkim Merritin "iqlim dəyişikliyi" diaqnozunun çox müdrik və əhəmiyyətli bir hadisə olduğunu söyləyib: "Tibb mütəxəssislərinin iqlim dəyişikliyinin indi insan sağlamlığı üçün təhlükə olduğunu görməsi çox əhəmiyyətli bir inkişafdır. Bu cür diaqnoz və araşdırmalar iqlim dəyişikliyi səbəbindən ölümlərin qarşısını alacaq, bizə iqlim dəyişikliyinin sağlamlıq ölçüsünü qiymətləndirməyə imkan verəcək."
 

 
İnsanların sağlamlığını qorumaq planeti qorumaqdan başlayır
 
Dr. Merritt və həmkarları qlobal istiləşmə və iqlimin təsirlərini araşdırmaq üçün "Dünya Sağlamlığı üçün Həkimlər və Tibb bacıları" (DNPH) adlı tibb mütəxəssislərindən ibarət işçi qrupu yaradıblar.
 
Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, hər il dünyada 150 mindən çox insan iqlim dəyişikliyinin təsirləri səbəbindən ölür.
 
1800-cü illərdə dünyada temperatur artımı 0,6 dərəcə olduğu halda, sənaye inqilabından sonra bu nisbət 1,2-2 dərəcəyə yüksəlib. ÜST heç bir tədbir görülməsə, bu artımın 2100-cü ilə qədər ildə 1,4 ilə 5,8 dərəcə arasında olacağını bildirir.
 
İqlim böhranı hazırda sağlamlıq problemlərinə səbəb olsa da ekspertlər həddindən artıq quraqlıq, meşə yanğınları və daşqınlardan sonra əkinçilik və heyvandarlığın da bundan mənfi təsirləndiyini, bəşəriyyətin yaxın gələcəkdə qida problemi ilə üzləşə biləcəyini bildirirlər.
 
Həkimlərin xəstələrinə qoyduğu diaqnozdan asılı olmayaraq, bütün tibb mütəxəssislərinin razılaşdığı bir məsələ var. Planetimizi yaxşı qorusaq, insan sağlamlığını da qorumuş olarıq.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev