Azərbaycan Pediatrlar Assosiasiyası: Milli peyvənd təqviminə riayət edək!
24.04.2023 08:26

Azərbaycan Pediatrlar Assosiasiyasının (APA) prezidenti, Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə sosial şəbəkədə müraciət ünvanlayıb:

Aztibb.az-a verilən məlumata görə, müraciətdə deyilir: “Biz, Ümumdünya Səhiyyə Təşkilatı (WHO), Beynəlxalq Pediatriya Assosiasiyası (IPA) və dünya üzrə tərəfdaşlarımıza 2023-cü il Ümumdünya İmmunlaşdırma Həftəsini qeyd etmək üçün qoşuluruq!"

Qeyd edib ki, peyvənd uşaqları və böyükləri bir çox həyati təhlükəsi olan infeksiyalardan qorumağın yeganə yoludur. Peyvənddən imtina çox zərərli və yanlış fikirdir. Uşaqları peyvənddən yayındırmaqla gələcəyini təhlükə qarşısında qoymaq olmaz.

Milli peyvənd təqviminə riayət edək. Uşaqlarımızı qoruyaq!

Qeyd edək ki, Azərbaycanın səhiyyə naziri Teymur Musayev 24–29 aprel tarixlərində respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi” keçirilməsi ilə bağlı əmr imzalayıb. Əmr Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən etibarən Avropa regionunda keçirilən “İmmunlaşdırma həftəsi”nin ölkəmizdə də yüksək səviyyədə təşkili məqsədini daşıyır.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır