Pandemiyanın gedişatını dəyişdirəcək kəşf – DH1047 antikoru
13.11.2021 10:09
Dünyada 5 milyondan çox insanın ölümünə səbəb olan koronavirus pandemiyası ilə bağlı ümidverici tədqiqatlar aparılır.
 
Aztibb.az xəbər verir ki, Şimali Karolina Universiteti və ABŞ-ın Dyuk Universitetinin alimləri mövcud pandemiya və gələcək virus epidemiyaları ilə mübarizə aparmağa kömək edə biləcək mühüm kəşf ediblər.
 
Mütəxəssislər COVID-19, onun variantları və digər növ koronoviruslardan qoruyacaq antikor aşkar ediblər.
 
Bildirilib ki, DH1047 adlı anticisim virusun hüceyrələrinə bağlanaraq onları zərərsizləşdirir, onların çoxalmasının qarşısını alır. Bu antikor infeksiyanın qarşısını almaqla yanaşı, həm də koronovirusa yoluxmuş şəxsin müalicəsində təsirli olur.
 
DH1047 adlı antikorun “super peyvənd” tədqiqatlarına töhfə verəcək
 
Mütəxəssislər DH1047 antikorunun siçanlar üzərində sınaqdan keçirib. Antikorun yüksək yoluxucu Delta variantı da daxil olmaqla bütün variantlara qarşı təsirli olduğu müəyyən edilib.
 
Mütəxəssislər bu kəşfin təkcə koronovirus pandemiyasında deyil, gələcəkdə baş verə biləcək pandemiyalar zamanı da təsirli vasitə ola biləcəyini bildiriblər. Komandanın layihəsi artıq Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun 2,6 milyon dollarlıq qrantı ilə dəstəklənib.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib