Agentlikdə ÜST-ün Avropa Regional Ofisinin nümayəndələri ilə görüş keçirilib (FOTO)
12.11.2021 17:45

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov ilə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı, ÜST-ün Avropa Regional Ofisinin reabilitasiya üzrə regional texniki rəhbəri Satiş Mişra və Avropa Regional Ofisin Reabilitasiya və Əlillik üzrə Regional texniki əməkdaşı Kasal Morqan arasında görüş keçirilib.

 

Aztibb.az xəbər verir ki, görüş zamanı ÜST-ün Avropa regionunda reabilitasiya və köməkçi texnologiyalar sahəsindəki fəaliyyəti, əhaliyə bu texnologiyalara əlçatanlılığının artırılmasının vacibliyi və gələcəkdə Agentliyin ÜST ilə bu istiqamətdəki fəaliyyətin əlaqələndirilmiş şəkildə təşkil olunması ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Görüşdə Agentliyin və TƏBİB-in nümayəndələri iştirak ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib