Ekspertlər səhiyyə turizminin inkişafının əsas problemləri və istiqamətlərini müzakirə ediblər
12.11.2021 16:12

MDB-nin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının qərargahı olan Tavriçeski sarayında “Sodrujestvo” TRAVEL HUB Beynəlxalq Turizm Forumunun himayəsi altında tibbi turizmin inkişafına həsr olunmuş panel müzakirələri keçirilib. 

 

Aztibb.az MDB İcraiyyə Komitəsinin saytına istinadla xəbər verir ki, tədbirlər Sankt-Peterburq Turizminin İnkişafı Komitəsi və “Sankt-Peterburq Tibbi Turizm Agentliyi” SC tərəfindən təşkil olunub.

 

“MDB-nin iştirakçısı olan dövlətlərin tibbi turizmi transformasiya dövründə” adlı panel müzakirəsinin moderatoru Tibbi Turizm və Tibbi Xidmətlərin İxracatı Assosiasiyasının prezidenti Yevgeni Çernışev olub. O, tədbiri açaraq bildirib ki, onlayn bağlantılar nəzərə alınmaqla onun auditoriyasını Rusiyanın 60-dan çox regionundan və Türkiyə, Cənubi Koreya və İsrail kimi turizmin inkişaf etdiyi 20-yə yaxın ölkədən olan mütəxəssislər təşkil edib.

 

Elan olunmuş mövzuya MDB-nin iştirakçısı olan dövlətlər tərəfindən maraq da təbiidir: Yevgeni Çernışevin sözlərinə görə, Birlik ölkələrinin yarıdan çoxunda tibbi turizm perspektivli istiqamət kimi qiymətləndirilir və dövlət tərəfindən dəstəklənir. “Tibbi turizminin üç növünü: giriş, çıxış və daxili - MDB miqyasında bu gün ölkələrimizi birləşdirən inteqrasiya prosesləri formalaşdırıb”, - deyə o bidirib.

 

MDB PAA Şurası Katibliyinin rəhbərinin müavini Yelena Kuzina Parlamentlərarası Assambleyanın ənənəvi olaraq həm tibb sahəsində, həm də turizmlə bağlı nümunəvi normativ hüquqi sənədlərin hazırlanmasına böyük diqqət yetirdiyini auditoriyaya xatırladıb. Təşkilatın nəzdində sağlamlığın qorunması və ictimai səhiyyənin inkişafı sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi məsələlərini həll etmək üçün yaradılmış Səhiyyə üzrə Ekspert Şurası uğurla fəaliyyət göstərir.

 

“Səhiyyə sahəsində MDB ölkələrində toplanmış təcrübə dövlətlərimizin vətəndaşları tərəfindən tam şəkildə istifadə edilə bilər və istifadə edilməlidir. Mübadilənin inkişafı və tibbi turizmin inkişafı ilə bağlı ən yaxşı dünya təcrübələrinin tətbiqi tibbi xidmətlərin dünyanın digər ölkələrinə də ixracının artırılması üçün əsas ola bilər", - deyə Elena Kuzina vurğulayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır