AQTA ilə Gürcüstan Milli Qida Agentliyi arasında əməkdaşlıq məsələləri müzakirə edilib  
12.11.2021 11:02

Noyabrın 11-də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Gürcüstan Milli Qida Agentliyinin rəhbəri Zurab Çekuraşvili ilə görüşüb.

 

Aztibb.az-ın məlumatına görə, görüşdə ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilərək bildirilib ki, iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın daha da genişləndirilməsi, qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələrində təcrübə mübadiləsinin həyata keçirilməsi qida təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verəcək.

 

AQTA və Gürcüstan Milli Qida Agentliyinin əməkdaşları tərəfindən sərhədyanı ərazilərdə birgə monitorinqlərin keçirilməsi, qida sahəsində idxal-ixrac və tranzit yüklərin daşınmasına nəzarətin daha səmərəli təşkili, həmçinin heyvanların identifikasiyası və qeydiyyatı sisteminin yaradılması zamanı beynəlxalq təcrübələrdən istifadə, elmi-tədqiqat sahəsində əməkdaşlığın genişləndirilməsi ilə əlaqədar müzakirələr aparılıb.

 

Gürcüstan Milli Qida Agentliyinin rəhbəri qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı, idxal-ixrac əməliyyatları və beynəlxalq əməkdaşlıq üzrə əlaqələrin inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu qeyd edib.

 

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib