Teymur Musayev Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunun iştirakçıları ilə görüşüb  
11.11.2021 15:56

Noyabrın 18-də Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “Regional İnkişaf” İctimai Birliyi (RİİB) və BMT-nin Uşaq Fondunun (UNİCEF) ölkəmizdəki nümayəndəliyinin dəstəyi ilə Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumu keçiriləcək.

 

Tədbir ərəfəsində səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev forum iştirakçılarının bir qrupu ilə görüşüb.

 

Görüşdə Teymur Musayev Prezident İlham Əliyev tərəfindən uşaqların sağlamlığının qorunmasına hər zaman xüsusi diqqət və qayğı göstərildiyini, onların hüquqlarının müdafiəsinin Azərbaycan dövlətinin prioritetləri sırasında olduğunu vurğulayıb. O, dövlət başçısının Sərəncamı ilə 2009-cu ilin “Uşaq ili” elan edildiyini və həmin ildən etibarən Ümumrespublika Uşaq Forumunun hər il ənənəvi olaraq keçirildiyini diqqətə çatdırıb. Səhiyyə nazirinin birinci müavini sözügedən tədbirin uşaqların gələcək həyatında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Onun sözlərinə görə, forum dövlət orqanlarının, ictimaiyyət və vətəndaş cəmiyyətinin diqqətini uşaq hüquqlarının qorunmasına yönəltmək baxımından önəmlidir. Eyni zamanda, uşaqlara öz problemlərini səsləndirmək, təşəbbüslərlə çıxış etmək və tövsiyələr vermək imkanı yaradır.

 

Səmimi qəbula görə minnətdarlığını bildirən forum iştirakçıları dövlətin qayğısını daim hiss etdiklərini vurğulayıblar. Bildirilib ki, təhsil, sağlamlıq, sosial müdafiə, asudə vaxtı, internet təhlükəsizliyi, vətənpərvərlik kimi mövzulara həsr olunan V Ümumrespublika Forumu liderlik bacarıqları və uşaq hüquqları sahəsində analitik düşüncə qabiliyyətinə malik uşaqların seçilməsi üçün böyük bir fürsətdir.

 

Sonra Teymur Musayev forum iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib