Gömrük Hospitalının həkimləri II Beynəlxalq Qarabağ - Tətbiqi Elmlər Konqresində çıxış ediblər
11.11.2021 14:41
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev 8-10 noyabr tarixlərində keçirilmiş II Beynəlxalq Qarabağ - Tətbiqi Elmlər Konqresində iştirak edib.
 
Aztibb.az xəbər verir ki, “Zoom” platforması üzərindən dünyanın 20-dən çox ölkəsindən nümayəndələrin qatıldığı konqresdə İ.Əfəndiyev “Azərbaycanda COVID-19 pandemiyası və zəhərlənmələr epidemiologiyası” mövzusunda məruzə ilə çıxış edib. O, COVD-19 pandemiyasının Azərbaycanda zəhərlənmələrinin epidemiologiyasına təsiri barədə danışıb.
 
Həmçinin II Beynəlxalq Qarabağ – Tətbiqi Elmlər Konqresinin altınci panelinin birinci hissəsi Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə şöbəsinin rəisi, ümumi cərrah Namiq Novruzovun və ümumi cərrah Aynur Səfiyevanın moderatorluğu ilə keçirilib. Bu paneldə Dr. Namiq Novruzov “Donor hepatektomiyasından sonra qaraciyər disfunksiyası üçün Ekstraselluar histonların diaqnostik əhəmiyyəti” mövzusunda məruzəsini təqdim edib.
 
Noyabrın 9-da isə AMEA-nın Fiziologiya İnstitutu və Mərkəzi Gömrük Hospitalının birgə həyata keçirdiyi araşdırmanın nəticələrinə həsr olunmuş “COVID-19 nəticəsi pozitiv pasiyentlərdə hematoloji parametrlərin analizi“ mövzusunda məruzə dinlənilib. Qeyd edək ki, Gömrük Hospitalının Tibbi xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris mərkəzinin əməkdaşı Azad Əhmədov və hospitalın həkim-infeksionisti Mədinə Abdullayeva bu tədqiqatın iştirakçısı olublar.
 
Çıxışlar beynəlxalq tədbir iştirakçıları tərəfindən böyük maraq qarşılanıb, çoxsaylı sualları cavablandırılıb.
 
Konqresdə 10-dan çox elm sahəsi üzrə ümumilikdə 220-yə yaxın məruzə dinlənilib. 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib