Dövlətlər əhalinin sağlamlığını iqlim dəyişikliyinin təsirlərindən qorumağa hazır deyil - ÜST
11.11.2021 09:20

Bəzi hökumətlər əhalisinin iqlim dəyişikliyinin təsirlərindən qorunması probleminə diqqətlə yanaşır, lakin çox vaxt effektiv tədbirlər üçün onların kifayət qədər vəsaitləri olmur. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yeni hesabatında deyilir.

 

Dünyanın 95 ölkəsindəki vəziyyətin nəzərdən keçirildiyi hesabatın müəllifləri belə qənaətə gəliblər ki, dövlətlərin yalnız dörddə birində hökumətlər səhiyyə və iqlim dəyişikliyi sahəsində öz planlarını tam şəkildə həyata keçirə bilirlər. COVID-19 pandemiyası maliyyə və kadr çatışmazlığı problemini daha da ağırlaşdırdı. Ekspertlər qeyd edirlər ki, əhalinin ən həssas qrupları - etnik azlıqlar, yoxsullar, qaçqın və köçkünlər, qocalar, qadınlar və uşaqlar daha çox riskə məruz qalırlar.

 

Hesabatın dərc edilməsi bu günlərdə Qlazqoda keçirilən COP-26 İqlim Konfransı ilə eyni vaxta təsadüf edilib. ÜST-ün Ətraf mühit, iqlim dəyişikliyi və sağlamlıq məsələləri üzrə direktoru Mariya Neyranın sözlərinə görə, tədqiqatın nəticələri göstərir ki, bir çox ölkələr əhalisinin sağlamlığını iqlim böhranının təsirlərindən qorumağa tamamilə hazır deyillər.

 

“COP-26-da Qlazqoda bizim vəzifəmiz beynəlxalq ictimaiyyəti ehtiyacı olan ölkələri dəstəkləməyə inandırmaqdır. Biz birgə səylərlə insanları sağlamlıq üçün ən təhlükəli təhdiddən qoruya biləcəyimizi istəyirik", - deyə o bildirib.

 

Məsələn, ÜST-ün tövsiyələrinə uyğun olaraq havanın keyfiyyətinin yaxşılaşdırılması üçün tədbirlər görülərsə, havanın çirklənməsi ilə bağlı səbəblərdən ölüm hallarını 80 faiz azaltmaq olar. İlk dəfə belə bir araşdırma 2019-cu ildə aparılmışdı - beləliklə, hazırkı hesabat vəziyyəti dinamikada izləməyə və əldə edilmiş uğurları və ya buraxılmış səhvləri qiymətləndirməyə imkan verir.

 

Kifayət qədər maliyyələşmənin olmaması hər zaman əsas maneə olaraq qalır. Lakin bu gün ölkələrin 70 faizi belə hesab edir, iki il əvvəl isə respondentlərin 56 faizi vəsaitin məhdud olduğunu göstərirdi.

 

İkinci ən çox görülən səbəb kadr çatışmazlığıdır. Pandemiya ilə əlaqədar olaraq, bu, xüsusilə aktuallaşıb, çünki bütün qüvvələr indi COVID-19 ilə mübarizəyə atılıb. Son sorğuda iştirak edənlərin üçdə biri də təsərrüfatın müxtəlif sektorları arasında koordinasiyanın kifayət qədər olmamasından şikayətlənib.

 

Amma yaxşı xəbərlər də var: məsələn, ölkələrin 75 faizində əhalinin sağlamlığının iqlim dəyişikliyinin zərərli təsirindən qorunması üzrə plan artıq hazırlanıb və ya hazırlanır, ölkələrin 85 faizində iqlim və səhiyyə üzrə xüsusi nümayəndə vəzifəsi təsis edilib, 54 faizində isə müvafiq işçi qrupu yaradılıb.

 

ÜST qeyd edir ki, bu gün əsas məsələ hökumətlərin bu sahədə strategiya hazırlamasına və ya həyata keçirməsinə mane olan əngəlləri aradan qaldırmaqdır. Tədqiqatın müəllifləri xatırladırlar ki, indi bunu etməyin əsl zamanıdır, çünki böhrandan sonra bərpaetmə real dəyişikliklərə nail olmaq üçün bir fürsətdir.

ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib  
Gözlərə nur bəxş edən fədakar həkim
Dünya liderlərini bir araya gətirən
 TƏBİB Daxili nəzarət və monitorinq departamentinin Monitorinq şöbəsinə işçi axtarır   
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər
Anestezioloq-reanimatoloq Sevda Hüseynova- “Həkimlərimizi tanıyaq!” rubrikası
Təcili tibbi yardım briqadasının vaxtında yardımı nəticəsində xəstə boğulma vəziyyətindən çıxarılıb
 Moskva Dövlət Beynəlxalq Əlaqələr Universiteti tələbə qəbulu elan edir   
İsmayıl Əfəndiyev “İnkişaf etməkdə olan ölkələrin XII Toksikologiya Konqresi”ndə iştirak edir
 Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb   
TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb 
Həyata keçirdiyi hər bir proseduru dəqiqliyi ilə yoxlayan həkim - Nuranə Abbasova
Nahidə Mahmudova Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının rəis müavini təyin olunub