İsmayıl Əfəndiyev “İnkişaf etməkdə olan ölkələrin XII Toksikologiya Konqresi”ndə iştirak edir
18.04.2024 10:40
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini t.ü.f.d., dosent İsmayıl Əfəndiyev Çili Respublikasının Santyaqo şəhərində Beynəlxalq Toksikologiya İttifaqı (IUTOX) tərəfindən keçirilən “İnkişaf etməkdə olan ölkələrin XII Toksikologiya Konqresi”ndə iştirak edir.
 
Gömrük Hospitalından Aztibb.az-a verilən məlumata görə, dünyanın 36 ölkəsindən 300-dən çox iştirakçısı olan nüfuzlu beynəlxalq tədbirin plenar və panel sessiyalarında indiki dövr üçün aktual olan kliniki, hərbi, ekoloji, peşə və profilaktik toksikologiyaya aid məsələlər müzakirə edilib.
 
Kəskin zəhərlənmələrin epidemiologiyası, yeni növ kimyəvi maddələrlə zəhərlənmələrin diaqnostikasına və müalicəsinə müasir yanaşmalar, kəskin kimyəvi mənşəli intoksikasiyalar zamanı zədələnmələrin terapiyası, aktiv detoksikasiyanın və antidot vasitələrin tətbiqi, peşə intoksikasiyalarının profilaktikası, dərmanların allergik və başqa xoşagəlməz effektlərinə nəzarət, ekoloji, hərbi toksikologiya və bir sıra digər aktual məsələlər dünyanın aparıcı mütəxəssislərinin iştirakı ilə işıqlandırılıb və müzakirə edilib.
 
Dosent İsmayıl Əfəndiyev Azərbaycanda zəhərlənmələrin epidemiologiyası və ölkəmizdə intoksikasiyalara qarşı profilaktik tədbirlərə dair poster prezentasiyası təqdim edib. Təqdimat Konqres iştirakçıları tərəfindən böyük diqqət və maraqla qarşılanıb. Beynəlxalq Konqres öz işini aprel ayının 19-na qədər davam etdirəcək.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır