Mükafat qazanan tədqiqat: COVID-19 ürək xəstəliyi və xərçəngdən qoruyan sistemi çökdürür
10.11.2021 14:40

İstanbulun ən böyük tibbi mərkəzlərindən biri olan Göztəpə Süleyman Yalçın Şəhər Xəstəxanasında təcili yardım şöbəsinə qəbul edilən xəstələr üzərində aparılan araşdırma koronavirusun orqanizmi xərçəng və ürək xəstəliklərindən qoruyan zülal səviyyəsini aşağı saldığını ortaya çıxarıb.

 

Koronavirus infeksiyası hüceyrə membranında bədəni ürək-damar xəstəlikləri və xərçəng kimi mürəkkəb xroniki xəstəliklərdən qoruyan "LRP1" adlı müdafiə zülalının səviyyəsinin azalmasına səbəb olur.

 

Aztibb.az xəbər verir ki, bu orqanizmi müvəqqəti olaraq toksik təsirlərə qarşı həssas edir.

 

İstanbulun pandemiya mərkəzlərindən biri olan Göztəpə Süleyman Yalçın Şəhər Xəstəxanasında 180 xəstə üzərində aparılan araşdırma COVID-19 infeksiyasına yoluxanların gələcəkdə ürək-damar xəstəlikləri və xərçəngə qarşı həssaslığının artıb-artmayacağına da aydınlıq gətirəcək.

 

Tədqiqatçılar koronavirusun orqanizmi belə xəstəliklərdən qoruyan sistemin ən əhəmiyyətli fermentlərindən olan ACE2-ni təsirsiz hala gətirdiyini və digər qoruyucu protein səviyyələrinin azalmasının da bu hadisə ilə əlaqəli olduğunu düşünürlər.  

 

Türk alimlərinin araşdırması onu deməyə əsas verir ki, bu sistemlərdəki genetik dəyişikliklər xəstələri ağır COVID-19-a meylləndirə bilər.

 

COVID-19-un qan lipidləri, ürək və maddələr mübadiləsinə təsirlərini öyrənən araşdırma dünyanın nüfuzlu “Paul Dudley White International Scholar Award” adlı mükafatına layiq görülüb.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib