Tibb Universitetinin Əsaslı Kitabxanasında Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
10.11.2021 12:51

Azərbaycan Tibb Universitetinin (ATU) kitabxanasında Qarabağ qaziləri ilə görüş olub.

Aztibb.az xəbər verir ki, ATU-nun Əsaslı Kitabxanasında 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir Xudayar təsnifinin sədaları altında başlayıb. Tədbiri kitabxananın direktoru Ziyafət Eminova açaraq “Dəmir yumruq”dan, müharibədə həkimlərimizin fədakarlığından, şanlı ordumuzun məğrurluğundan danışıb. Şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra ATU-nun Mühafizə bölməsinin əməkdaşları - qazi Aqşin Həsənli və döyüşçü Mirsəməd Cəfərova söz verilib. Aqşin müharibə xatırələrindən, döyüşlərdə necə irəlilədiklərindən, necə yaralandığından, dövlətimizin, eləcə də rektorumuz professor Gəray Gəraybəylinin ona göstərdiyi qayğıdan söz açıb. Kitabxananın direktor müavini Gülbehişt Orucova müharibə dövründə bütün millətlərə örnək olan əsgərlərimizin vətən, torpaq sevgisindən, xalqın Ali Baş Komandana səmimi münasibətindən və məhz bu vəhdətin bizi qalibiyyətə aparmasından bəhs edib.

Kitabxananın əməkdaşları Səidə Abbasova, Solmaz Əzizova, Əsgər Əsgərov da öz ürək sözlərini tədbir iştirakçıları ilə bölüşüblər. Elmi kitabişləmə və kataloqlaşdırma şöbəsinın müdiri Gülnarə Qarayeva özünün qələbəyə həsr olunmuş şeirlərini oxuyub, Adifə Fətəliyeva isə seirləri səsləndirib. Sonda müharibə iştirakçılarına kitab hədiyyə olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib