Valideynlər diqqətli olun! Bu il uşaqlarda bu xəstəlik...
09.11.2021 21:44
Koronavirusun mutasiyaya uğramış yuxarı tənəffüs yolları infeksiyasına yol açdığını bildirən səhiyyə rəsmiləri qrip peyvəndi üçün çağırış edib.
 
Aztibb.az xəbər verir ki, havaların soyumağa başlaması ilə uşaqlarda yuxarı tənəffüs yolu xəstəliklərinin artmağa başladığı müşahidə edilir.
 
Qeyd olunub ki, yuxarı tənəffüs yolu infeksiyalarına səbəb olan virus və bakteriyalar dünya yaranandan bəri mövcuddur. Lakin bu il fərqli olan odur ki, keçən ili pandemiya səbəbindən evdə keçirən uşaqlar uzun müddət sonra ilk dəfə bir araya gəliblər.
 
Dünyada yuxarı tənəffüs yolu infeksiyaları gündəmə gətirildi
 
Ötən il demək olar ki, bütün dünyada maska məsafəsi və gigiyena qaydaları tətbiq edildiyindən və ictimai yerlər bağlandığından yuxarı tənəffüs yolu infeksiyalarına yoluxma az rastlanırdı.
 
Sağlam bir uşaqda ildə 5 və ya 8 dəfə yuxarı tənəffüs yolları infeksiyası ola bilər. Bu tamamilə normaldır. Amma sadə yuxarı tənəffüs yollarının infeksiyaları da bəzi uşaqlarda aşağı tənəffüs yollarına keçə bilər və pnevmoniya, bronxit dediyimiz xəstəliklərə səbəb ola bilər.
 
Bu nisbət əsas immun sistemi xəstəliyi olan xəstələrdə artır və ağır şəkillərə görülürdü. Həm yuxarı tənəffüs yollarının infeksiyalarından qorunmağın qarşısını maska, məsafə və gigiyena qaydalarına riayət etməklə almaq olar, bunu hamımız indi çox yaxşı bilirik. Amma uşaqlar maskadan istifadəyə, əl gigiyenasına bizim qədər diqqət yetirə bilmədiklərindən bu il yuxarı tənəffüs yollarının infeksiyalarının tezliyini müşahidə edəcəyik və bu, uzun müddət çəkəcək kimi görünür.
 
Sözügedən virusların tənəffüs yolu ilə orqanizmə daxil olduğunu, qan dövranına girərək müxtəlif xəstəliklərə səbəb olduğu bildirilir.
 
Ən əhəmiyyətli ötürülmə mənbəyinin damcı yoluxma olduğunu bildirən mütəxəssislər bu virusların qış aylarında 48-72 saat, yəni 2-3 gün canlılığını saxlaya bildiyini söyləyirlər.
 
Sadə virusa yoluxmuş uşağı toplum yerlərdən təcrid etsək, bu xəstəliklərin yayılmasının qarşısını almış olarıq. Bu, koronavirusa da aiddir. Koronaviruslu uşağı sinifdən təcrid etdiyimiz, otağını havalandırdığımız və yaxşı qidalanmasını təmin etdiyimiz kimi, bu infeksiyaya yoluxma hallarında da eyni şəkildə hərəkət etməliyik. Çünki koronavirus mutasiyaya uğrasa da, əslində klassik yuxarı tənəffüs yollarının infeksiyası “agentidir”.
 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib