Biologiya, aqrar və tibb elmləri üzrə problem şurasının 11-ci iclası keçirilib
06.11.2021 08:39

Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Biologiya, aqrar və tibb elmləri üzrə problem şurasının onlayn formatda 11-ci iclası şuranın Tibb və Biologiya seksiyaları ilə birlikdə keçirilib.

 

İclası açan AMEA-nın vitse-prezidenti, Problem şurasının sədri, akademik İradə Hüseynova gündəlikdə duran məsələlər barədə şura iştirakçıları məlumatlandırıb.

 

Sonra Problem şurasının elmi katibi, biologiya elmləri doktoru, dosent Dilzarə Ağayeva dissertasiya mövzularının təsdiqi üçün 23 işin (tibb üzrə 6, botanika üzrə 3, zoologiya üzrə 7, fiziki-kimyəvi biologiya üzrə 7) müzakirəyə çıxarıldığını bildirib.

 

Dissertasiya mövzularının akademik İradə Hüseynovanın rəhbərliyi ilə keçirilən müzakirələrində həm problem şurasının, həm də seksiyaların üzvləri fəal iştirak ediblər.

 

İclasın gedişində qarşıya çıxan suallara aydınlıq gətirmək üçün iddiaçılar və müvafiq dissertasiya işlərinin elmi məsləhətçiləri və rəhbərləri onlayn formatda iclasa qoşulublar.

 

Tibb üzrə müzakirəyə çıxarılmış 1 mövzu istisna olmaqla, digər 22 mövzu müsbət qiymətləndirilərək (əksər mövzuların adında dəyişikliklər edilməklə) qəbul olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib