Qlobal Bakı Forumu: İctimai səhiyyə və insanların vaksinasiyası  
05.11.2021 13:06

Noyabrın 5-də VIII Qlobal Bakı Forumu çərçivəsində "İctimai səhiyyə və insanların vaksinasiyası" mövzusunda beşinci panel iclası keçirilib.

 

Aztibb.az xəbər verir ki, ABŞ-ın Xarici Siyasət üzrə Milli Komitəsinin prezidenti Suzan Elliottun moderatorluğu ilə keçən panel iclasında qlobal pandemiya ilə mübarizə, COVAX platformasının fəaliyyəti, vaksinlərin qeyri-bərabər bölgüsü müzakirə edilib.

 

Panel iclasında BMT-nin Baş Katibinin müavini, BMT AIDS proqramının icraçı direktoru xanım Vinnie Byanyima, İsrailin sabiq prezidenti, 2006-2009-ci illərdə Knessetin prezidenti Daliya İtzik, Azərbaycan Respublikası səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev, Maltanın sabiq baş naziri Cozef Muskat, Sloveniyanın sabiq prezidenti Danilo Turk, Latviyanın sabiq prezidenti Lamdota Strauyuma, Tacikistan Prezidentinin sosial inkişaf və ictimai əlaqələr üzrə köməkçisi, parlamentin qanunvericilik və insan hüquqları komitəsinin sədri Emomali Nasriddinzoda çıxış ediblər.

 

Çıxışlar zamanı bildirilib ki, qlobal pandemiya dünya səhiyyəsində olan ciddi problemləri üzə çıxarıb. Hazırda qlobal COVAX platforması hələ də tam gücü ilə işləmir. COVID-19-a qarşı bir çox ölkələr vaksin istehsal etsə də, onların dünyada yayılması qeyri-bərabər aparılır. Vaksin istehsal edən ölkələr bir çox hallarda digər dövlətlərlə peyvəndləri bölüşməkdə maraqlı deyillər. Qlobal pandemiya dövründə isə ölkələrin ayrı-ayrılıqda COVID-19-a qalib gəlməsi mümkün deyil. Ən acınacaqlı vəziyyət hazırda Afrikadadır. Panel iclası müzakirələrlə davam edib.

 

Qeyd edək ki, VIII Qlobal Bakı Forumu öz işini noyabrın 6-da başa çatdıracaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub