Pandemiyada sıx rast gəlinir, təsiri illərlə davam edə bilər
05.11.2021 16:04
Yuxu problemləri, kabuslar, həddindən artıq narahatlıq və depressiya... Aparılan araşdırmaların nəticələrinə görə, pandemiya prosesi tez-tez travma sonrası stress pozğunluğu, əhval-ruhiyyə pozğunluğu və asılılıq kimi problemləri yaradır.
 
Aztibb.az xəbər verir ki, post-travmatik stress pozğunluğu (TSSB) insanın qorxduğu, təhlükəli hesab etdiyi, böyük itki yaşadığı və ya şahid olduğu müəyyən şok hadisələrdən sonra baş verən ciddi bir xəstəlikdir.
 
TSSB tez-tez yuxusuzluq, kabus, hadisə ilə bağlı xatirələrin tez-tez xatırlanması, daim kənarda qalma hissi, tez və həddindən artıq əsəb, gələcək üçün plan qura bilməmə, yadlaşma, travmanı xatırladan vəziyyətlərdə narahatlıq hissi kimi simptomlarla müşayiət olunur.
 
Bəzi insanlarda travmadan sonra görünən əlamətlər bir neçə həftə ərzində öz-özünə yox olur, bəzilərində isə aylarla, hətta illərlə davam edə bilir.
 
Psixoloqlar COVID-19 xəstəliyindən sağ çıxan, xəstəliyi ağır keçirən, yaxın və ya doğma birisinin xəstəlik prosesinə şahidlik edən və ya itki ilə üzləşənlərin travma sonrası stress pozğunluğu baxımından daha riskli ola biləcəyinə diqqət çəkir.
 
Ağır xəstəliyə tutulmaq çox vaxt ölüm qorxusu ilə bağlı olur və məlumdur ki, bu vəziyyət insanlara ağır travmatik təsir göstərə bilər. Biz hamımız bu prosesin içindəyik, lakin hər birimiz müxtəlif aspektlərdən və fərqli şəkildə travmatik təsirlərə məruz qala bilərik.
 
Xüsusilə, insanlarda ciddi ruhi sıxıntılara səbəb olan narahatlığın nə olduğunu bilməli, mümkün hallarda psixiatrik və psixoloji tədbirlərə, müalicəyə əhəmiyyət verilməlidir.
 
Hər əhval dəyişikliyi pozğunluğun əlaməti deyil. Əhval-ruhiyyə pozğunluğunun diaqnozu üçün simptomların bir neçə həftə və ya daha uzun müddət olması lazımdır.
 
Müxtəlif araşdırmaların nəticələrinə görə, sosial səviyyədə qorxu oyadan vəziyyətlər kimi epidemik xəstəliklər kateqoriyasında olan COVID-19 depressiv pozğunluq və bipolyar pozğunluğa yol açaraq yayılmasına zəmin yaradır.
 
 
 
 
Pandemiya zamanı insanların diqqət etməli olduğu vəziyyətlər
 
Əhval-ruhiyyə pozğunluğunun müalicəsi üçün dərmanlar qədər sağlam yuxu vərdişləri də vacibdir. Gündəlik həyatınızı nizamlı və planlı etməlisiniz. Həmçinin psixiatrla əlaqə saxlanılmalısınız.
 
Narahatlığınıza nəzarət edə bilməlisiniz. Özünüzü sıxıntılı, gərgin, narahat və ya kədərli hiss etdiyiniz zaman bunu dərhal içində olduğunuz vəziyyət və ya şəraitlə əlaqələndirməyin, o zaman beyninizdən keçən fikirlərə diqqət yetirin. Unutmayın ki, düşündüyünüz hər şey doğru olmaya bilər.
 
Pandemiya dövrü sıxıntı və narahatlığı iki qat artırıb. Qeyri-müəyyənliklərlə dolu olan COVID-19 hətta sağlam insanlarda da mənfi nəticələr doğurur. Psixoloji problemləri olan insanları isə gündəlik həyatlarından tamamilə uzaqlaşdırıb.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib