Tədris Terapevtik Klinikasında Tibbi Şuranın növbəti iclası keçirilib
04.11.2021 14:35
Azərbaycan Tibb Universiteti Tədris Terapevtik Klinikasında Tibbi Şuranın növbəti iclası keçirilib.
 
Tədbiri giriş sözü ilə açan Tədris Terapevtik Klinikasının direktoru, professor Surxay Musayev Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə, rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qızıl hərflərlə yazdığı tarixə nəzər salıb, toplantı iştirakçılarını və klinika kollektivini qarşıdan gələn “Zəfər” bayramı münasibətilə təbrik edib.
 
Professor S.Musayev qeyd edib ki, 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Artıq  işğaldan azad edilmiş ərazilərimizdə minalardan təmizlənmə ilə yanaşı, bərpa-quruculuq işləri də həyata keçirilir. Bu günlərdə Azərbaycan və Türkiyə Respublikası Prezidentlərinin iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanının açılışı, “ağıllı şəhər”, “ağıllı kənd” layihələrinin həyata keçirilməsi, yeni yolların çəkilməsi bunun bariz nümunəsidir.
 
Direktor Zəfər bayramı münasibəti ilə klinikada müharibə veteranları, qazi və şəhid ailələri üçün ödənişsiz müayinə aksiyasının keçiriləcəyini diqqətə çatdırıb. 
 
Daha sonra gündəliyə uyğun olaraq klinikanın müalicə işləri üzrə direktor müavini Fəridə Hacıyeva oktyabr ayında müalicə işlərinin yekunları barədə məlumat verib. O, ambulator-poliklinik qəbulda müəyyən irəliləyişlər olsa da, hələlik stasionar xəstə qəbulunun qənaətbəxş səviyyədə olmadığını bildirib. Eyni zamanda, rezidentlərin fəaliyyəti, xüsusilə də gecə növbələrinə cəlb edilməsi işində müəyyən problemlərin olduğunu deyib. F.Hacıyeva gündüz stasionarında yatan xəstələrin xəstəlik tarixlərinin yazılması ilə əlaqədar problemlərə də toxunub.
 
Toplantıda dosent Könül Məmmədyarova, dosent Səbinə Məşədiyeva, assistent Şərəf Hüseynova, Efferent Terapiya Mərkəzinin rəhbəri Elgün Həziyev, laboratoriya müdiri İskəndər Karaltı, tibb bacısı Rubella Hüseynova və İT üzrə mühəndis İsmayıl Cəfərov çıxış edərək görülən işlərdən danışıblar.
 
Sonda müvafiq şöbələrə və bölmələrə tapşırıqlar verilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər