TƏBİB-in təşkilatçılığı ilə Zəfər Gününə həsr olunan tədbir keçirilib
03.11.2021 16:52
TƏBİB-in təşkilatçılığı ilə "Yeni Klinika" Tibb Mərkəzinin akt zalında 8 noyabr - Zəfər Gününə həsr edilmiş tədbir keçirilib.
Aztibb.az xəbər verir ki, tədbirdə TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji təhlil departamentinin rəhbəri Araz Nəsirov, TƏBİB-in struktur bölmə rəhbərləri, eləcə də "Yeni Klinika" Tibb Mərkəzinin direktor vəzifəsini icra edən Musa Abbasov, Vətən müharibəsində ön cəbhə xəstəxanalarında çalışan bir qrup tibb işçiləri iştirak ediblər.
Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edən Vüqar Qurbanov ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan Ordusu tərəfindən 44 gün ərzində torpaqlarımızın işğaldan azad edilməsinin tarixi hadisə olduğunu bildirib. O, dövlət başçısı tərəfindən məqsədli şəkildə cəbhə xəttinə yaxın yerlərdə xəstəxanaların inşa edilməsinin, eyni zamanda həmin xəstəxanalarda çalışan ixtisaslı tibb işçilərinin qazanılmış zəfərdə müstəsna rolu olduğunu vurğulayıb, ölkəmizdə fəaliyyət göstərən tibb işçiləri ilə yanaşı, könüllü şəkildə xarici ölkələrdən gəlmiş azərbaycanlı həkim heyəti tərəfindən minlərlə əsgərə fasiləsiz tibbi xidmətin göstərildiyini qeyd edib.
Daha sonra Vətən müharibəsində könüllü xidmət göstərmiş Tibbi ərazi bölmələrinin koordinasiyası departamentinin koordinatoru, həkim-cərrah İmran Qurbanov həkim olaraq Vətən müharibəsində xidmət etdiyi üçün böyük qürur hissi keçirdiyini bildirib.
Tədbirdə ön cəbhədə xidmət etmiş bir qrup tibb işçisinə Təşəkkürnamələr təqdim olunub.
Məlumat üçün qeyd edək ki, Vətən müharibəsində iştirak etmiş digər tibb işçiləri də mərhələli şəkildə təltif ediləcəkdir.
Bu bölməyə aid digər xəbərlər
Beynəlxalq İPİN həftəsinə həsr edilən tədbir keçirilib
23.10.2026 | 13:11
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 12:33
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 10:39
Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
21.10.2026 | 11:08
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə
17.10.2026 | 08:03
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12

