Gömrük Hospitalı ilə "Florence Nightingale" Xəstəxanalar Qrupu arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
03.11.2021 15:30
Mərkəzi Gömrük Hospitalında "Florence Nightingale" Xəstəxanalar Qrupunun nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, rəis müavini Şahlar Mirqasım, Mərkəzi Gömrük Hospitalının baş həkimi Elman Məmmədov, baş həkimin müavini Bəxtiyar Musayev və Florence Nightingale Xəstəxanalar Qrupunun icraçı direktoru Sinan Nazif Aran, Beynəlxalq şöbənin regional direktoru Fuad Ağazadə və layihə mütəxəssisi Levent Cırpıcı iştirak ediblər.
Aztibb.az xəbər verir ki, görüşdə Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov qeyd edib ki, 2019-cu il mayın 3-də Mərkəzi Gömrük Hospitalında Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi və "Florence Nightingale" Xəstəxanalar Qrupu arasında imzalanmış əməkdaşlıq haqqında Anlaşma Memorandumu hər iki tərəf üçün faydalı olub: "Artıq 2 ildən çoxdur ki, tibb sahəsində əlaqələrimizin möhkəmləndirilməsinə, inkişafına xidmət edən bu əməkdaşlıq çərçivəsində xeyli işlər görülüb, müştərək elmi konfranslar, simpoziumlar, ixtisasartırma kursları, xeyriyyə aksiyaları keçirilib, tibbi təhsil sahəsində qarşılıqlı əlaqələr genişləndirilib, təcrübə mübadiləsi aparılıb".
Mərkəzi Gömrük Hospitalının və "Florence Nightingale" Xəstəxanalar Qrupunun aparıcı mütəxəssislərinin iştirakı ilə keçirilən qarşılıqlı elmi-praktiki tədbirlər, müştərək elmi-tədqiqat işləri, birgə əməkdaşlıq nəticəsində Azərbaycan səhiyyəsində yeniliklərin tətbiqinə, yeni elmi nailiyyətlərin əldə edilməsinə şərait yaradılıb: "Əminəm ki, bugünkü görüşümüz xəstəxanalarımız arasında qurulan bu faydalı əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsinə kömək edəcək”.
"Florence Nightingale" Xəstəxanalar Qrupunun icraçı direktoru Sinan Nazif Aran dəvətə görə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəhbərliyinə təşəkkür edib və Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə olduğu kimi, tibb sahəsində də qarşılıqlı faydalı əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əminliyini ifadə edib.
Görüşdə hər iki ölkənin aparıcı tibb müəssisələri olan Mərkəzi Gömrük Hospitalı ilə "Florence Nightingale" Hastaneler Qrupu arasında əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.
Bu bölməyə aid digər xəbərlər
Beynəlxalq İPİN həftəsinə həsr edilən tədbir keçirilib
23.10.2026 | 13:11
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 12:33
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 10:39
Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
21.10.2026 | 11:08
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə
17.10.2026 | 08:03
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12

