Akademik Əhliman Əmiraslanov UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb
03.11.2021 14:14

Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov UNİCEF-in Azərbaycan nümayəndəliyinin yeni rəhbəri Aleks Haykensi ilə görüşüb.

 

Görüşdə Əhliman Əmiraslanov ötən illər ərzində Azərbaycanın UNİCEF ilə birgə əməkdaşlığı sahəsində əldə olunan nailiyyətlərdən danışıb, bu əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə əminliyini bildirib.

 

UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri A.Haykens isə öz növbəsində, Azərbaycan hökuməti və UNİCEF-in birgə fəaliyyəti nəticəsində həyata keçirilmiş layihələrin əhəmiyyətini qeyd edib. O, görülən işləri yüksək qiymətləndirib və UNİCEF-in Azərbaycan nümayəndəliyi olaraq səhiyyə qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində hər zaman Azərbaycan Parlamenti, xüsusilə də Səhiyyə komitəsi ilə əməkdaşlığa hazır olduğunu bildirib.

 

Görüşdə UNİCEF-in Azərbaycandakı fəaliyyətinin əsas prioritet sahələri olan yeni doğulan körpələrin ana südü ilə qidalanması və məktəbəqədər təhsil müəssisələrində uşaqların keyfiyyətli qidalanması problemləri ətrafında fikir mübadiləsi aparılıb, adıçəkilən istiqamətlərdə birgə layihələr çərçivəsində gələcək fəaliyyət istiqamətləri müzakirə olunub.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub