Qəhvə ürək xəstəlikləri və insult riskini azaldır
02.11.2021 12:56
Qəhvənin orqanizmə təsiri insandan insana dəyişə bilər. Bəzi insanlar gündə 4-5 fincan qəhvəyə asanlıqla dözə bilsələr də, digərlərində həddindən artıq qəhvə istehlakı narahatlıq, ürək döyüntüsü və yuxusuzluğa səbəb ola bilər.
 
Tədqiqatlar göstərir ki, kofeinli qəhvə istehlakı ürək xəstəliyi və xərçəng riskini artırmır. Qəhvə gündəlik norma daxilində istifadə edildikdə infarkt riskini 20-40 faizə qədər azaldır. Alimlər qəhvənin bu müsbət effektini onun antioksidant və anti-influamator xüsusiyyətləri ilə əlaqələndirirlər.
 
Aztibb.az xəbər verir ki, ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev bu barədə məlumat verib.
 
Həkim bildirib ki, qəhvə istehlakı ilə ürək-damar sağlamlığı arasındakı əlaqəyə dair çoxlu araşdırmalar olsa da, qəhvənin təsirləri barədə hələlik dəqiq söz söyləmək mümkün deyil. Tədqiqatlar göstərir ki, orta dərəcədə qəhvə istehlakı ürək-damar sağlamlığı üçün təhlükə yaratmır.
 
C.Gülmalıyevin sözlərinə görə, Avropa Kardioloqlar Cəmiyyəti təsdiq edib ki, gündə 1-2 orta fincan, çox tünd, acı olmayan qəhvə içmək insult və infarkt riskini 21% azaldır. Onlar 450 min pasiyenti 20 il izlədikdən sonra bu qənaətə gəlib. Keyfiyyətli və qədərində qəhvə içənlərdə infarkt, insult nadir halda və çox yaşlı olanda baş verib.
 
"Gündəlik altı və ya daha çox fincan qəhvə istehlak edən insanlar arasında infarkt və digər ürək-damar xəstəlikləri riski arta bilər", - deyə həkim əlavə edib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib