Biologiya Problemləri üzrə Zooloji seksiyanın növbəti iclası keçirilib  
01.11.2021 16:48

Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Biologiya Problemləri üzrə Zooloji seksiyasının növbəti iclası  keçirilib.

 

İclası Zooloji seksiyanın sədri, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq gündəlikdə duran məsələlər barədə iştirakçılara məlumat verib. Daha sonra iclasda Zooloji seksiyaya təqdim edilmiş 3 elmlər və 7 fəlsəfə doktorluğu üzrə dissertasiya mövzuları müzakirə olunub.

 

Müzakirələrdə  Zoologiya İnstitutunun direktoru  vəzifəsini  icra edən, aqrar elmlər üzrə fəlsəfə doktoru Ələddin Eyvazov, elmi işlər üzrə direktor müavini, biologiya elmləri doktoru, dosent Elşad Əhmədov, AMEA-nın müxbir üzvü İlham Ələkbərov, b.e.d., professor Ş.İbrahimov, biologiya elmləri doktorları - Q.Quliyev, G.Mustafayeva, Q.Fətəliyev, C.Nəcəfov və başqaları iştirak ediblər.

 

Geniş müzakirələrdən  sonra 1 mövzunun əvvəlki adı saxlanılmaqla, 7 mövzunun adında  qismən dəyişiklik edilib, 1 mövzunun adı isə Zooloji seksiyaya  uyğun olmadığı üçün müzakirə olunmayıb. Eyni zamanda, fəlsəfə doktoru hazırlığı üzrə 1 mövzunun adı mübahisə doğurduğu üçün yenidən işlənməsi tövsiyə edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub