Super qripə qarşı antibiotik istifadəsi pik həddə çatıb
01.11.2021 16:23
Super qrip xəbərdarlığından sonra antibiotikdən istifadənin artması yenidən gündəm yaradıb.
 
Aztibb.az səhiyyə rəsmilərinin rəyinə əsaslanaraq xəbər verir ki, sürətlə bulaşan və immunitet sistemini zəiflədən kəskin qripə qarşı böyüklər və ya uşaqlar üçün antibiotik istifadəsi zamanı mütləq həkimlərlə məsləhətləşilməlidir.
 
Yalnız bakteriyalara qarşıdır
 
Antibiotiklər maya, kif, göbələk, yosun kimi canlılardan əldə edilən və bakteriyalar üçün öldürücü olan və ya onların çoxalmasını dayandıran kimyəvi maddələrdir. Bu maddələr viruslara qarşı deyil, yalnız bakteriyalara qarşı təsirlidir.
 
Antibiotiklər viral infeksiyaları müalicə edə bilməz. Qızdırmanı salmır, uyğun dozalarda istifadə edildikdə, xəstəliyin mənbəyi olan infeksiyanı məhv etdiyi üçün qızdırmanın azalmasına kömək edir.
 
Soyuqdəymə və qrip əsasən öz-özünə sağalır və antibiotik tələb etmir. Yaxşı bir immunitet sistemi bu cür xəstəliklərə qalib gələ bilər. Antibiotiklər ağrıları, burun axıntısını və öskürəyi aradan qaldırmaz. Qripin başqa insanlara keçməsinin qarşısını almır.
 
Antibiotik müqaviməti nədir?
 
Antibiotiklərin düzgün istifadə edilməməsi sonrakı dərman müalicələrinə mənfi təsir göstərə bilər. Antibiotik müqaviməti bakteriyaların hər hansı bir antibiotikin olmasına baxmayaraq çoxalma və yoluxma qabiliyyətidir.
 
Bədəndə belə müqavimət yarandıqda, antibiotiklər bakteriyaların yaratdığı infeksiyaların müalicəsində təsirsiz qalır. Bu, bakteriyalara yoluxma riski olan hər kəs üçün təhlükə yaradır.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib