Ümumdünya İnsultla Mübarizə Gününə həsr olunan konfrans öz işini davam etdirir
30.10.2021 18:16
29 oktyabr - Ümumdünya İnsultla Mübarizə Gününə həsr edilmiş "Neyrovaskulyar çatışmazlıq: İmkanlar və gələcək perspektivlər" mövzusunda onlayn elmi konfrans öz işini davam etdirir.
"ZOOM" platforması üzərindən onlayn şəkildə həyata keçirilən konfransın ikinci günündə Mərkəzi Gömrük Hospitalının rəisi Elman Məmmədov açılış nitqi ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb.
İnsultun kifayət qədər ağır və kompleksləşdirilmiş müalicə tədbirləri tələb edən qeyri-infeksion xəstəliklərdən biri olduğunu deyən E.Məmmədov insult keçirmiş xəstələrdə diaqnostikadan reabilitasiyaya qədər bütün mərhələlərdə ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsinin əhəmiyyətini qeyd edib. Konfransın elmi proqramının ikinci gününün diaqnostika və fizioterapiya məsələlərini əhatə etdiyini söyləyən E.Məmmədov bütün məruzəçilərə, panel rəhbərlərinə və dinləyicilərə uğurlar arzu edib.
Daha sonra konfransın elmi hissəsi günün birinci yarısında Respublika Müalicəvi Diaqnostika Mərkəzinin intervension-radioloqu Dr. Ağakişi Yəhyayevin moderatorluğu ilə “İnsultlu xəstələrə reanimasion yanaşma və kəskin beynin qanaxmaları” paneli, günün ikinci yarısında isə Mərkəzi Gömrük Hospitalının fizioterapevt-reabilitoloqu Dr. Səidə Kərimovanın moderatorluğu ilə “İnsult mərkəzi və reabilitasiya” paneli ilə öz işini davam etdirib.
Tədbirdə “İnsultun diaqnostikası”, “İnsult keçirmiş xəstələrin reanimasion təqibi”, “İnsult Mərkəzinin yaradılması strategiyası”, “İnsultda reabilitasiya prinsipləri”, “Neyroproteksiyanın əhəmiyyəti” və digər mövzularda məruzələr dinlənilib, geniş müzakirələr aparılıb.
Onlayn formada həyata keçirilən konfrans Mərkəzi Gömrük Hospitalının rəsmi "Facebook" səhifəsi üzərindən də canlı yayımlanıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları" əsasında akkreditasiya olunaraq 12 DTT balı qazanıb.
Bu bölməyə aid digər xəbərlər
Beynəlxalq İPİN həftəsinə həsr edilən tədbir keçirilib
23.10.2026 | 13:11
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 12:33
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 10:39
Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
21.10.2026 | 11:08
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə
17.10.2026 | 08:03
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12

