Professor Berrin Pehlivan Milli Onkologiya Mərkəzinin maddi-texniki imkanları ilə tanış olub
29.10.2021 17:57

Türkiyənin radiasiya onkologiyası sahəsində tanınmış mütəxəssisi, onkoloq həkim, prof. dr. Berrin Pehlivan Azərbaycana səfəri çərçivəsində Milli Onkologiya Mərkəzində olub.

 

Professor B.Pehlivan mərkəzdə quraşdırılmış avadanlıqlarla yaxından tanış olub.

 

Qonağa Milli Onkologiya Mərkəzində yaradılmış maddi-texniki imkanlar barədə ətraflı məlumat verən qurumun Şüa müalicəsi şöbəsinin rəhbəri, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor İsa İsayev mərkəzdə hazırda ən müasir tələblərə cavab verən ABŞ və Çexiya istehsalı 8 ədəd avadanlığın quraşdırıldığını diqqətə çatdırıb. Professor İ.İsayev gün ərzində 250-300-ə yaxın, il ərzində ümumilikdə 3000-3500-ə yaxın xəstəyə dövlət hesabına terapiya xidmətləri göstərildiyini qeyd edib. O, mərkəzdə fəaliyyət göstərən mütəxəssislərin dünyanın müxtəlif ölkələrində onkologiya sahəsində böyük nüfuz qazanmış elmi mərkəzlərdə təcrübə keçdiyini diqqətə çatdırıb.

 

Görüşdə, həmçinin mərkəzin Tibbi fizika və kliniki topometriya şöbəsinin rəhbəri Rövşən Rzayev iştirak edib.

 

Prof. B.Pehlivan müəllifi olduğu “50 soruda kanser” kitabını prof. İ.İsayevə və R.Rzayevə hədiyyə edib.

 

Daha sonra türkiyəli professoru tədbir iştirakçılarına təqdim edən İ.İsayev onun onkologiya sahəsində dərin biliyə və zəngin təcrübəyə malik olduğunu, dünyanın müxtəlif ölkələrində təcrübə keçdiyini diqqətə çatdırıb. O, B.Pehlivanın radioterapiyanın müasir vəziyyəti, dünyada bu istiqamətdə gedən proseslərlə bağlı məruzə edəcəyini bildirib.

 

“Onkologiyanın bu günü və gələcəyi” mövzusunda çıxış edən B.Pehlivan İnsan genomu layihəsinin əhəmiyyətindən bəhs edib, bu layihənin həyata keçirilməsi ilə onkologiya sahəsində yeni perspektivlərin açılacağını bildirib. Əlavə edib ki, layihə çərçivəsində insan genomu haqqında daha ətraflı biliklər əldə olunması ilə hər bir xəstəyə fərdi yanaşma tətbiq olunmağa başlayıb. Artıq xəstələrdə xərçəngdə baş verən genetik mutasiyaların təsbit olunmasına böyük önəm verildiyini deyən məruzəçi dərman müalicəsinin bu dəyişikliklərə əsasən müəyyən edildiyini diqqətə çatdırıb: “Hazırda şişə ən  uyğun müalicə üsulunun müəyyənləşdirilməsi nəticəsində xəstənin həyat keyfiyyətinin yüksəldilməsinə imkanlar yaranıb".

 

Türkiyəli professor son illərdə şiş xəstəliklərinin müalicəsi zamanı istifadə olunan dərman preparatlarının sayının artdığını qeyd edib. Eyni zamanda, müasir metodlardan istifadə sayəsində xərçəng xəstələrinin ömrünün uzadılmasına nail olunduğunu vurğulayıb.
 

B.Pehlivan, həmçinin immunoterapiya, radioterapiyanın gələcəyi hesab olunan flaş radioterapiya, protonterapiyanın üstünlükləri barədə ətraflı məlumat verib.

 

Sonda məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

 

Qeyd edək ki, türkiyəli professor B.Pehlivanın ölkəmizə səfəri çərçivəsində informasiya dəstəyini Aztibb.az səhiyyə portalı həyata keçirir. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır