İraqdan gətirilən uşaqlar reabilitasiyaya cəlb olunub
29.10.2021 14:58

İraqdan ölkəmizə repatriasiya olunmuş 38 uşaqdan 17-si Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin, 21 nəfəri Səhiyyə Nazirliyinin müəssisələrinə yerləşdirilib.

 

Aztibb.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, bundan əvvəl tərkibində Agentliyin nümayəndəsi də olan İşçi Qrupu Bağdad şəhərinə (İraq) ezam edilib. Orada cəzaçəkmə müəssisələri və uşaq evlərində saxlanılan, Azərbaycan vətəndaşları olan həmin uşaqların ilkin tibbi və psixoloji müayinəsi həyata keçirilib, onlara zəruri yardım göstərilib.

 

Ölkəmizə gətirildikdən sonra uşaqların hər birinə psixoloq, sosial isçi təyin olunub. Onlarla bağlı fərdi plan əsasında, həmçinin aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq şəraitində reabilitasiya və reinteqrasiya proqramının icrasına başlanıb.

 

Sosial tərəfdaşların dəstəyi ilə qış paltarları ilə təmin edilikdən sonra uşaqların ailələrinə, yaxın qohumlarına verilməsinə başlanacaq. Sonrakı mərhələdə də onlara sosial-psixoloji dəstək davam edəcək, yerləşdikləri ailələrlə psixososial reabilitasiya işi aparılacaq.

 

Azərbaycan Hökuməti tərəfindən bu vaxtadək İraqdan və Suriyadan repatriasiya olunmuş digər şəxslərlə, onların yaşadıqları ailələrlə bağlı da Sosial Xidmətlər Agentliyi ehtiyaclarına uyğun sosial-psixoloji reabilitasiya proqramı tərtib edilməklə sosial işlər aparıb. Həmin şəxslər psixoloji konsultasiyalara, maarifləndirici tədbirlərə, asudə vaxtlarının mənalı keçmələri üçün müxtəlif dərnəklərə cəlb ediliblər. Hazırda da onlarla sosial işlər davam etdirilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Alimlər xərçənglə mübarizədə immun hüceyrələrini gücləndirməyin yolunu tapıblar
Uşaqlarda dalğınlıq epilepsiya əlaməti ola bilərmi?