Super qrip nədir? Koronavirusla oxşarlığı varmı?
29.10.2021 16:53
Virusun 200-dən çox müxtəlif ştammları soyuqdəyməyə səbəb olur. Kardiff Universitetinin professoru Dr. Ron Ekkls bildirib ki, hazırda dövriyyədə olan “super qrip” tənəffüs sinsitial virusunun (RSV) nəticəsidir.
 
Aztibb.az xəbər verir ki, bu virus qrip və soyuqdəymə kimi şikayətlərə səbəb olsa da, müalicəsi gecikdikdə ağciyərləri zədələyir.
 
Körpə və yaşlılar başda olmaqla bütün yaş qruplarında həyati təhlükəsi olan tənəffüs yolu infeksiyalarına səbəb olan bu virus, son vaxtlar rast gəlinmə hallarının artması ilə diqqət çəkir.
 
Bütün uşaqlar 2 yaşına qədər ən azı bir dəfə RSV ilə xəstələnirlər və bu infeksiyanın ömür boyu təkrarlanması adi haldır. Yeniyetmələrdə və böyüklərdə RSV adətən yuxarı tənəffüs yollarının infeksiyasına bənzəyir. Vaxtından əvvəl doğulmuşlarda, körpələrdə, azyaşlılarda, immuniteti zəif olanlarda və yaşlılarda aşağı tənəffüs yollarının ciddi infeksiyası olaraq inkişaf edə bilər.
 
RSV ilə bağlı problemlərdən biri onun yüksək yoluxucu olmasıdır. Öskürmə və asqırma yolu ilə ötürülür, lakin COVID-19-dan fərqli olaraq əllər və səthlər vasitəsilə də geniş yayılır. Bu o deməkdir ki, virusun məktəblərdə və digər ictimai yerlərdə uşaqlar arasında yayılmasının qarşısını almaq demək olar mümkün deyil.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib