Mərkəzi Gömrük Hospitalında Almaniyanın ölkəmizdəki səfirliyinin nümayəndə heyəti ilə görüş keçirilib - FOTO
28.10.2021 16:22
Dövlət Gömrük Komitəsinin (DGK) Mərkəzi Hospitalında Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin nümayəndə heyəti ilə görüş keçirilib.
 
Aztibb.az xəbər verir ki, Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə DGK Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım, Mərkəzi Gömrük Hospitalının baş həkiminin müavini Bəxtiyar Musayev, DGK-nın Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Dilavər Fərzəliyev, Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin birinci katibi Gabriele Manig və səfirliyin region üzrə həkimi Dagmar Banisch iştirak edib.
 
Görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub. Almaniya səfirliyinin həkimi Dagmar Banisch bildirib ki, əsas məqsədləri səfirlik personalının sağlamlıq məsələlərinin həlli, qəzalar, səhhətlərində yaranan qəfil problemlər zamanı onlara tibbi yardımın göstərilməsi, tibbi müayinədən keçmələri üçün tibb ocaqlarının müəyyən edilməsidir. Səfirliyin birinci katibi Gabriele Manig Mərkəzi Gömrük Hospitalının nümunəvi tibb ocağı olması barədə rəylərə tez-tez rast gəldiklərini və bu səbəbdən də region üzrə məsul həkimə məhz bu tibb müəssisəsi ilə əməkdaşlıq etməyi təklif etdiyini bildirib.
 
DGK-nın Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov diqqətə çatdırıb ki, yüksək ixtisaslı tibbi personala malik olan, ən müasir texnologiyaların tətbiq edildiyi Mərkəzi Gömrük Hospitalı 2008-ci ildən fəaliyyət göstərir və qısa zaman kəsiyində ölkənin qabaqcıl tibb ocaqlarından birinə çevrilib. Qeyd olunub ki, gömrük əməkdaşları və onların ailə üzvləri ilə yanaşı, əhali də hospitalın xidmətlərindən faydalanır. Diqqətə çatdırılıb ki, bir sıra beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəlikləri də Mərkəzi Gömrük Hospitalının xidmətlərindən istifadə etməkdədir.
 
Xidmət rəisi bildirib ki, 2020-ci ilin iyun ayından etibarən hospital sadəcə COVID-19-a yoluxmuş xəstələrin müalicəsi ilə məşğuldur və bu sahədə də nümunəvi fəaliyyəti ilə fərqlənir. Görüşdə hospitalın fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib və qonaqları maraqlandıran suallar ətraflı cavablandırılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub