Mərkəzi Gömrük Hospitalına yeni təyinat olub
27.10.2021 14:18
Mərkəzi Gömrük Hospitalına yeni təyinat olub.
Aztibb.az xəbər verir ki, Təcili yardım şöbəsinin rəisi Rəna Qasımova Hospitalın baş həkiminin müavini vəzifəsinə təyin edilib.
Pasiyentlərinə qayğı ilə yanaşan, öz peşəsini sevən təcrübəli həkim Rəna Qasımova 2009-cu ildən 26 oktyabr 2021-ci il tarixədək Mərkəzi Gömrük Hospitalının Təcili yardım şöbəsinin rəisi kimi fəaliyyət göstərib.
O, Mərkəzi Gömrük Hospitalının Təcili yardım şöbəsində reanimasiya və stabilləşdirmə tələb edən ağır xəstələrin təcili qəbulu, diaqnostik müayinələrin aparılması, kardiovaskulyar, pulmonar, mədə-bağırsaq, kranioserebral və endokrinoloji xəstəlikləri olan xəstələrin vəziyyətinin dəyərləndirilməsi və təxirəsalınmaz tibbi müdaxilələr vasitəsilə xəstələrin vəziyyətinin stabilləşdirilməsi ilə məşğul olub. Həmçinin, COVID-19 pandemiyası dövründə də Hospitalımıza daxil olan COVID-19 xəstələrinə ilk baxış və yardım məhz onun rəhbərliyi altında Təcili yardım şöbəsində göstərilib.
R.Qasımova 1981-1987-ci illərdə Azərbaycan Tibb Universitetinin müalicə profilaktika fakültəsində təhsil alıb, 1987-1988-ci illərdə M.N Qədirli adına Mərkəzi Hövzə Xəstəxanasında terapiya ixtisası üzrə internatura təhsili alıb. O, təhsilini davam etdirərək 2010-cu ildə Avstriyanın Vyana şəhərində Allgemeines Krankenhaus Hospitalının Təcili yardım şöbəsində travmatologiya ixtisası üzrə internatura keçib.
R.Qasımova 2002-2003-cü illərdə Səudiyyə Ərəbistan Krallığının Əl-Baha şəhərində Raqadan İlk Tibbi Yardım Mərkəzində şöbə müdiri, 2003-cü ildə Balcuraşi İlk Tibbi Yardım Mərkəzinin şöbə müdiri, 2007-ci Səudiyyə Ərəbistanı Krallığının Əl-Baha şəhərində Balcuraşi klinik xəstəxanasının İlk Yardım şöbəsində həkim, 2004-cü ildə Səudiyyə Ərəbistanı Krallığının Məkkə şəhərində Aciyad Hospitalın Təcili Yardım şöbəsində həkim kimi çalışıb.
Bu bölməyə aid digər xəbərlər
Azərbaycan tibb tarixində ilk: 19 həftəlik hamilə qadının üzərində dünyada nadir rast gəlinən əməliyyat aparıldı
23.10.2026 | 13:44
Mərkəzi Gömrük Hospitalının Fizioterapiya şöbəsində müasir müalicə və reabilitasiya metodları tətbiq olunur
23.10.2026 | 09:54
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Tədris Cərrahiyyə Klinikasında uğurlu əməliyyat: Xəstənin çənəsində zədələnmiş sümük toxumasının rezeksiyası icra edilib
22.10.2026 | 13:22
ATU Beynəlxalq Kitab Sərgisində təmsil olunur
22.10.2026 | 11:48
Respublika Kliniki Uroloji Xəstəxanasında ilk dəfə laparoskopik adrenalektomiya əməliyyatı aparılıb
22.10.2026 | 10:38
Leyla Əliyeva Səmərqənddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub
22.10.2026 | 09:11
Mərkəzi Neftçilər Xəstəxanasında ürəyi dayanan pasiyent həkimlərin operativ müdaxiləsi ilə həyata qaytarılıb
21.10.2026 | 16:17
Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib
21.10.2026 | 14:40
Patronaj xidməti ailələrə daha yaxın: 300-dən çox şəxs tibbi müayinələrə cəlb olunub
21.10.2026 | 14:34
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

