Xəstəxanaya qədər tibbi xidmətin təşkili barədə müzakirələr aparılıb
26.10.2021 14:04
TƏBİB-in məsul şəxsləri ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) xəstəxanaya qədər tibbi xidmətlər üzrə mütəxəssisi Emely Ragus, səhiyyə üzrə koordinator Nasrullah Dar və qurumun nümayəndələri arasında görüş keçirilib.
 
Görüş zamanı TƏBİB-in Tibbi xidmətlər departamentinin rəhbəri Firəngiz Əliyeva, Davamlı tibbi təhsil və tibbi təlimlər şöbəsinin müdiri Emil İskəndərov qurumun bölgələrdə fəaliyyət göstərən 13 təlim mərkəzində bugünədək təşkil edilmiş 144 təlimdə 2200 tibb işçisinin iştirak etdiyi barədə məlumat verib.
 
Çıxış edən BQXK-nın məsul şəxsləri son 2 həftə ərzində Gəncə, Şəmkir, Yevlax, Qazax və İmişlinin təcili tibbi yardım stansiyalarına edilmiş səfərlər zamanı stansiyalarda göstərilən xəstəxanaya qədər tibbi xidmətin təşkili barədə aparılan qiymətləndirmənin nəticələrindən danışıb, bu barədə geniş məruzənin hazırlanacağını bildiriblər.
 
Sonda tibb işçilərinin biliklərinin daimi inkişaf etdirilməsi məqsədilə qarşılıqlı fəaliyyət perspektivləri ətrafında müzakirələr aparılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub