ATU-nun rektoru Böyük Britaniya səfirliyinin nümayəndəsi ilə görüşüb        
25.10.2021 10:24
Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli Böyük Britaniyanın ölkəmizdəki səfirliyinin Ticarət və investisiyalar üzrə icraçı direktoru Laura Morrisonu qəbul edib.
 
Aztibb.az xəbər verir ki, görüşdə professor Gəray Gəraybəyli bir əsrə yaxın yaşı olan Tibb Universitetinin fəaliyyət istiqamətləri barədə qonağa məlumat verib. Rektor bildirib ki, bu müəssisə hazırda zəngin maddi-texniki bazası, tədris korpusları, tələbə yataqxanası, klinika və laboratoriyaları ilə Azərbaycanın ən böyük elm və tibb ocağıdır: “Universitetimizə hər il 1000-ə yaxın tələbə qəbul olur. ATU-nun nəzdində fəaliyyət göstərən 4 böyük klinikanın hesabına tələbələrimiz rahatlıqla klinik fənlərini burada mənimsəyə bilirlər. Universitetdə 6 fakültə fəaliyyət göstərir ki, bunlardan biri də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılan hərbi tibb fakültəsidir".
 
Rektor G.Gəraybəyli ATU-nun fəaliyyətində beynəlxalq əlaqələrin genişləndirilməsinin prioritet istiqamətlərdən olduğunu vurğulayıb. Qeyd edib ki, hazırda universitetdə 39 ölkədən 2000-dən çox əcnəbi tələbə təhsil alır. İkili diplomun tətbiqi üçün bir sıra işlər aparılır, həmçinin tədris proqramına dəyişikliklər edilir.
 
İcraçı direktor Laura Morrison isə çıxışında iki ölkənin ali təhsil müəssisələri arasındaki əlaqələrin genişlənməsinin vacibliyindən danışıb, bu istiqamətdə görülə biləcək işlərdən söz açıb.
 
Görüşdə ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev, Mətbuat xidmətinin rəhbəri Günel Aslanova və Britaniyanın Azərbaycandakı səfirliyinin Ticarət məmuru Şəms Süleymanova da iştirak edirdilər.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub