Bakıda məktəb psixoloqlarının konfransı keçirilib
23.10.2021 12:26

Bakı şəhər ümumi təhsil müəssisələrində çalışan psixoloqların iştirakı ilə “XXI əsr insanının psixi sağlamlığı: uşaqlar, cəmiyyət, gələcək” adlı konfrans keçirilib.


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Təlimə Dəstək Mərkəzinin (TDM) təşkilatçılığı ilə keçirilən tədbir Psixi Sağlamlıq Gününə həsr olunub.

 

Konfransda təhsil nazirinin müşavirləri Elnur Əliyev və Rüstəm Ağayev, BŞTİ-nin müdiri Mehriban Vəliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Uşaq Problemləri şöbəsinin məsləhətçisi Şəbnəm Əlizadə, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Asif Cahangirov, Təhsildə Araşdırma və İnkişaf Mərkəzinin (TAİM) direktoru Ülviyyə Məmmədova, Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov, eləcə də idarənin müvafiq struktur bölmə rəhbərləri və TDM-in əməkdaşları iştirak ediblər.

Əvvəlcə BŞTİ-nin müdiri Mehriban Vəliyeva çıxış edərək Ümumdünya Psixi Sağlamlıq Gününün tarixindən bəhs edib. Bildirib ki, 1992-ci ildən Ümumdünya Psixi Sağlamlıq Federasiyasının təşəbbüsü ilə BMT-də qeyd olunan Psixi Sağlamlıq Günü beynəlxalq günlər siyahısına daxil edilib.


M.Vəliyeva ümumi təhsil müəssisələrində şagirdlərin sağlamlığının və təhlükəsizliyinin daha etibarlı təmin edilməsi, tərbiyə işinin, məktəb-ailə münasibətlərinin düzgün tənzimlənməsi, məktəblərdə psixoloji xidmət və sağlam psixoloji mühitin rolu barədə məlumat verib. İdarə müdiri çıxışı zamanı məktəb psixoloqlarının çalışdıqları təhsil müəssisələrində şagirdlərə səmərəli psixoloji dəstək göstərmələrinin vacibliyini vurğulayıb.


M.Vəliyeva, həmçinin məktəblərdə psixoloji işin düzgün qurulması, psixoloqların maarifləndirilməsi, onlarda məktəb mühitini düzgün analizetmə qabiliyyətinin formalaşdırılması, valideynlərlə işin təşkili və hesabatlılıq məsələlərinə də toxunub.


Daha sonra çıxış edənlər “Psixi sağlamlıq nədir?”, “Zərərli vərdişlərdən qorunmaq üçün maarifləndirici tədbirlərin təşkilində psixoloqun rolu”, “Uşaq və yeniyetmələrdə yuxu pozuntusu”, “Uşaq və yeniyetmələrdə major depressiv pozuntu və intihar davranışları”, “Yeniyetmələrin cinsi tərbiyəsi”, “Uşaqların fiziki inkişafında psixi sağlamlığın rolu” mövzularında fikirlərini bildiriblər.


Konfransın sonunda məktəb psixoloqlarını maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub