Hematoloqlar üçün seminar təşkil edilib
23.10.2021 10:43

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin və Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə təşkilatçılığı ilə "Qanın laxtalanma pozğunluluğunun müasir müalicəsi və pasiyent hüquqları" mövzusunda hematoloqlar üçün seminar keçirilib.

 

Aztibb.az xəbər verir ki, seminar çərçivəsində Mir Qasımov adına Respublika Klinik Xəstəxanasının Hematologiya şöbəsinin müdiri Naidə Hüseynzadə "İnhibitorlu xəstələrə yanaşma və müasir müalicə metodları" mövzusunda məruzə ilə çıxış edib. 

 

Naidə Hüseynzadə hemofiliyanın Azərbaycanda vəziyyəti, xəstəliyin inhibitor formasının müalicəsi və dünyada aparılan müasir müalicə üsulları barədə ətraflı məlumat verib. O, ağır formalı inhibitorlu pasiyentlərın həyat keyfiyyətinin yaxşılaşdırılmasında tətbiq edilən yeni nəsil müalicə üsulu olan Hemlibra (Emicizumab) dərman preparatının müalicədə tətbiqinin vacibliyini xüsusi vurğulayıb.

 

Daha sonra Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov "Pasiyentin keyfiyyətli müalicəsi və seçim hüququ" mövzusunda təqdimatla çıxış edib. Məruzəçi 2021- ci il 27 yanvar tarixdə təşkil edilən Pasiyent Təşkilatlarının  I Respublika Forumunda qəbul olunan pasiyent hüquqlarına dair Bəyannamənin maddələrindən danışıb.

 

Ayaz Hüseynov pasiyentin müalicəsində tətbiq edilən üsulların, dərman preparatlarının seçimində xəstənin iştirakının vacibliyini qeyd edib. Həmçinin Milli Hematologiya və Transfuziologiya Mərkəzinin fəaliyyətinə toxunub. O, Milli Hematologiya və Transfuziologiya Mərkəzi ilə Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının birgə əməkdaşlığından məmnunluğunu ifadə edib.

 

Sonda məruzələr ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib