Teymur Musayev BMT-nin İnkişaf Proqramının Azərbaycandakı nümayəndəsi ilə görüşüb  
21.10.2021 12:58

Səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev Azərbaycanda fəaliyyət müddəti başa çatan Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Alessandro Frakassetti ilə görüşüb.

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Alessandro Frakassettinin sözlərinə görə, Azərbaycanda fəaliyyəti zamanı onun rəhbərlik etdiyi təşkilat BMT-nin İnkişaf Proqramı çərçivəsində 30-a yaxın layihəni həyata keçirib. Onların sırasında o, dərman vasitələrinin satınalma və çatdırılma prosesini, “Ölkədə tibbi təchizat sisteminin gücləndirilməsində Səhiyyə Nazirliyinə dəstək” proqramını xüsusi vurğulayıb.

 

Teymur Musayev öz növbəsində tərəflərin uğurlu əməkdaşlığını və BMTİP-nin Azərbaycanda İİV/QİÇS xəstəliklərlə mübarizədə xüsusi rolunu vurğulayıb. O, COVID-19 pandemiyası dövründə Azərbaycana dərman və tibb ləvazimatlarının gətirilməsi ilə bağlı təchizatda yaranan çətinlikləri qeyd edərək bu problemlərin aradan qaldırılmasında hər iki tərəfin uğurlu səylərini vurğulayıb.

 

Görüşdə problemlərin aradan qaldırılmasında səmərəli əməkdaşlığın mahiyyəti vurğulanıb.

 

BMTİP-nin növbəti rəhbərliyi ilə əməkdaşlığın yüksək səviyyədə davam edəcəyinə əminlik ifadə edən Teymur Musayev A.Frakassettiyə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər