Cavid Paşayev: Xəstə reanimasiyada olduğu zaman mütləq planlı intübə olunmalıdır
21.10.2021 12:17

Aztibb.az Azərbaycan Tibb Univerisitetinin Tədris Cərrahiyyə Kilinikasının Reanimasiya şöbəsinin müdiri, həkim-anestezioloq Cavid Paşayevlə müsahibəni təqdir edir:

 

Əməliyyat otağında hazırlıq mərhələləri hansılardır?

 

Xəstələr əməliyyat otağına gəldikdə anestezioloq tərəfindən qarşılanır və əməliyyat qrupu tərəfindən əməliyyat masasına aparılır. Anestezioloq təzyiq ölçən cihazı, ürək monitorunun elektrodlarını və nəbz oksimetrinin (qanda oksigeni ölçən) barmaq ucu kabelini xəstəyə qoşur. Bu cihazlar əməliyyatlar zamanı xəstənin həyati funksiyalarını yaxından izləməyə imkan verir. Lazım gələrsə, anesteziya başlamazdan 3-5 dəqiqə əvvəl oksigen maska ilə oksigen də verilə bilər. Bundan sonra ağrıları azaldacaq anesteziya adlanan xüsusi bir yuxu vəziyyəti yaradacaq və xəstəyə əzələ boşalmasını təmin edəcək dərmanlar verir. Xəstə “yatdıqdan” sonra nəfəs borusuna yerləşdirilən boru vasitəsilə oksigenlə qarışmış anestezik qazlar verilir. Bu qazlar verildikcə anesteziya davam edir, dayandırıldıqdan qısa bir müddət sonra anesteziya bitir və xəstə oyanır. Bu müddət ərzində anestezioloq mütəmadi olaraq xəstənin başındadır və əməliyyatın gedişi ilə əlaqədar lazımi müalicələri həyata keçirir.

 

Niyə əməliyyata ac gəlmək lazımdır?

 

Anesteziya alacaq xəstəyə son 4-6 saatda qida və maye qəbulu tövsiyə edilmir. Bu qadağanın məqsədi tamamilə xəstənin sağlamlığını qorumaq üçündür. Əməliyyat zamanı mədə dolu olarsa qida qalıqları və ya mayenin mədədən geri nəfəs borusuna qayıtması və qusma halı baş verə bilər. Bu çox təhlükəlidir və xəstənin tənəffüs yollarını bağlaya və ya qıcıqlandıra bilər. Dolaylı olaraq, əməliyyat zamanı ölümə qədər ciddi təhlükələrə səbəb ola bilər. Təcili və təxirəsalınmaz əməliyyatlar zamanı xəstə qida qəbul etməsindən asılı olmayaraq əməliyyata götürülür və sürətli intübə olunur.

 

Əməliyyatdan sonra ürəkbulanma və qusma səbəb nədir?

 

Ümumiyyətlə, cərrahiyyə əməliyyatı keçirmiş bəzi pasiyentlərimiz, xüsusən də ümumi anesteziya almış xəstələr ağrı və ürək bulanması oyandıqdan sonra ilk xatırladıqları şeydir. Bulantının inkişaf etmiş forması ara-sıra qusma ilə davam edir. Bu hiss insanda xoşagəlməz halla yaddaşda yer alır. Təəssüf ki, bəzi xəstələrimiz elmi bir izahı olmayan bir yanaşma ilə qusmalarını "çıxarılmış narkoz" kimi təsvir edirlər! Bu xoşagəlməz hadisə cərrahi və anesteziya tətbiqlərində gözlənilə bilən arzuolunmaz bir vəziyyətdir.

 

Cərrahi əməliyyatlardan sonra, xüsusən də ümumi anesteziya tətbiq edildikdən sonra müşahidə olunan ürəkbulanma və qusma ümumi problemlərdən biridir. Bu şikayətlər ümumiyyətlə əməliyyatdan sonrakı erkən dövrdə müşahidə olunur.

 

Əvvəllər ümumi anesteziya altında aparılan cərrahi əməliyyatların 80%-də müşahidə edildiyi halda, bizim dövrümüzdə bu tezlik 30%-ə qədər azalır. Bununla belə, ciddi davamlı hallar təxminən 0,1% təşkil edir.

Bəzi cərrahi xəstələrdə ürəkbulanma və qusma da əməliyyatdan sonra narahatlıq və problemlər yarada bilər. Göz cərrahiyyəsində qanaxma, plastik əməliyyatda çapıqlar, gərginliklə kəllədaxili təzyiqin artması və neyrocərrahiyyə əməliyyatlarında ciddi problemlər yarana bilər.

Bunların xaricində problemin davam etməsi, xəstənin erkən evə yazılmaması kimi vaxt itkisinə səbəb ola bilər.

 

Əməliyyatdan neçə saat sonra südverən analar əmizdirməyə davam edə bilərlər?

 

Bu gün istifadə edilən anestezik dərmanlar orqanizmə sürətli təsir göstərir və bədəndən sürətlə təmizlənir. Anesteziya tətbiq edildikdən sonra ana südündə aşkar edilən anestezik maddənin miqdarı cüzi bir səviyyədədir və körpənin sağlamlığına təsir edə biləcək səviyyələrdən xeyli aşağıdır. Buna görə də mütəxəssislər, anesteziyadan sonra analara körpələrini əmizdirməyə davam etməyi məsləhət görürlər.

 

Planlaşdırılmış intubə zamanı xəstələrə niyə anesteziya edilir?

 

Xəstə reanimasiyada olduğu zaman mütləq planlı intübə olunmalıdır. Planlı intübə olmadığı zaman xəstədə oyanıqlıq ola bilər. Bu isə, dişlərdə sınma, dildə yaralanma və bir çox problemlərə gətirib çıxara bilər. İntübəni insanlar COVID-19 pandemiyası zamanı daha çox eşitməyə başladılır. Məsələn, əgər xəstə oksigen çatışmazlığından əziyyət çəkirsə, bu ağır vəziyyəti xatırlamamaq üçün ona anesteziya verilir.

ÇOX OXUNANLAR
 Quba Regional Perinatal Mərkəzinin komandası 28-ci həftəsində doğulan körpənin həyatını xilas edib   
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
Hepatoloq Tofiq Əkbərov Türkiyədə XV Beynəlxalq Hepatoloji Konqresdə iştirak edib  
Endokrinoloq mühüm elementi olan “xərçəng əleyhinə” menyu təqdim edib
Həyat yoldaşına böyrəyini bağışladı
 Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi yaradılır - Fərman
Rəşad Mahmudov Lənkəranda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş elmi seminarda çıxış edib
“Həkimlərimizi tanıyaq!” rubrikası: Travmatoloq-ortoped Elvin Əsədov
Yeni dərman ağır qan laxtalanması xəstəliyini müalicə edir
Sumqayıtda tədbir: “Azərbaycan səhiyyəsinin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır” 
 Doğuş prosesini təcili tibbi yardım avtomobilində idarə edən tibb işçiləri təltif olunublar   
Azərbaycanlı həkim ABŞ-da beynəlxalq tədbirdə iştirak edib
 Şuşa Rayon Mərkəzi Xəstəxanası vakansiya elan edir   
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə işçi axtarılır
TƏBİB Mülki müdafiə üzrə mütəxəssis vəzifəsi üzrə vakant yerlər elan edir