BEYNƏLXALQ KONFRANS: “Kolorektal cərrahiyyədə yeniliklər”
20.10.2021 15:43
Oktyabrın 19-da Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında gənc alimlərin, rezidentlərin və tibb tələbələrinin iştirakı ilə “Kolorektal cərrahiyyədə yeniliklər” mövzusunda beynəlxalq konfrans keçirilib.
Tədbiri ATU-nun Ümumi cərrahiyyə kafedrasının müdiri, professor Elçin Ağayev açaraq konfransın proqramı və əhəmiyyəti barədə məlumat verib. O, Belçikanın Abdominal Cərrahi Departamentinin Leuven Universitet Xəstəxanasının əməkdaşları - professor Albert Volthuis və doktor Halit Topalın konfransa məruzəçi kimi qatılmasından məmnunluğunu bildirib.
Sonra məruzələrin təqdimatına başlanılıb.
Dəvət üçün Azərbaycan Tibb Universitetinin rəhbərliyinə təşəkkürünü bildirən professor Albert Volthuis məruzəsindən öncə Müstəqilliyimizin Bərpası Günü və Qarabağ zəfəri münasibətilə konfrans iştirakçılarını təbrik edib. O, gələcəkdə Azərbaycanla Belçika arasında elmi əlaqələrin daha da genişlənəcəyinə, yeni layihələrin həyata keçiriləcəyinə ümid etdiyini deyib.
Sonra professor məruzəsini təqdim edərək kolorektal cərrahiyyə haqqında müfəssəl məlumatlar verib və elmin son nailiyyətlərindən istifadə etməklə düz bağırsağın aşağı bədxassəli şişlərində ən son metodlarla düz bağırsağın eksterpatiyası barədə danışıb. Eyni zamanda, özünün tətbiq etdiyi yeni metod haqqında məlumatı diqqətə çatdırıb.
Doktor Halit Topal isə məruzəsində öd yollarında aparılan mürəkkəb əməliyyatlardan bəhs edib. Öd kisəsi xaric edildikdən sonra ümumi öd axarında olan daşların laparoskopik olaraq elmin son kəşfi olan alətlərdən istifadə etməklə çıxarılmasını videogörüntü ilə nümayiş etdirib.
Daha sonra ATU-nun Tələbə Elmi Cəmiyyətinin sədri, dosent Müşfiq Həsənov və Milli Onkologiya Mərkəzinin Abdominal onkologiya şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Niyazi Əsgərov məruzələrlə bağlı fikirlərini bölüşüb, maraqlı təqdimata görə belçikalı alimlərə təşəkkürlərini bildiriblər.
Tədbirin sonunda ATU-nun rektoru, professor Gəray Gəraybəylinin adından qonaqlara xüsusi hədiyyə təqdim olunub.
Bu bölməyə aid digər xəbərlər
Beynəlxalq İPİN həftəsinə həsr edilən tədbir keçirilib
23.10.2026 | 13:11
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 12:33
AMEA-da akademik Ədilə Namazovanın 100 illik yubileyi qeyd olunub
23.10.2026 | 10:39
Mərkəzi Neftçilər Xəstəxanasında YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
21.10.2026 | 11:08
Sabunçu Tibb Mərkəzində “Revmatoloqa gedən siqnallar” adlı elmi-praktik konfrans keçirilib
19.10.2026 | 16:04
Səhiyyə Nazirliyi və Həmkarlar İttifaqının təşkilatçılığı ilə Qubada regional konfrans baş tutub
17.10.2026 | 11:12
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Mərkəzi Klinikada yeni qəbul olunmuş və artıq məzun olmuş həkim-rezidentlərlə görüş
17.10.2026 | 10:08
Azərbaycan və Özbəkistan arasında tibbi təcrübə mübadiləsi davam edir
17.10.2026 | 09:07
Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müşavirə
17.10.2026 | 08:03
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
18.10.2026 | 08:12

