ATU-da Macarıstanın Pecs Universitetinin təmsilçisi ilə görüş keçirilib - Fotolar
19.10.2021 18:14
Bakıda Macarıstan universitetlərinin iştirakı ilə keçirilən təhsil forumu çərçivəsində Macarıstanın Pecs Universitetinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi Gabor Czeh Azərbaycan Tibb Universitetində (ATU) qonaq olub.
 
Aztibb.az xəbər verir ki, qonağı ATU-nun rektoru professor Gəray Gəraybəyli adından salamlayan beynəlxalq əlaqələr üzrə prorektor, dosent Orxan İsayev qeyd edib ki, ATU-nun beynəlxalq əlaqələrinin genişləndirilməsi universitetin fəaliyyətinin ən mühüm istiqamətlərindən biridir. Dünyanın bir çox elm və təhsil qurumları ilə əməkdaşlığa dair sazişi olan ATU bir çox qabaqcıl təhsil və elm mərkəzləri ilə əlaqələr qurub. Bu əməkdaşlıq müəllim və tələbələrin mübadiləsi, müştərək elmi araşdırmalar, müəllimlərin ixtisasartırması, informasiya və elmi-metodik ədəbiyyat mübadiləsi kimi sahələri əhatə edir. Prorektor qeyd edib ki, Macarıstanın tibb təhsili verən ali təhsil müəssisələri ilə də, bu istiqamətdə əlaqələrin qurulmasında ATU çox maraqlıdır.
 
Görüş çərçivəsində, həmçinin qonağa Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” haqqında məlumat verilib və bu sahədə əməkdaşlıq prespektivləri müzakirə edilib.
 
Pecs Universitetinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi Gabor Czeh də təmsil etdiyi universitetin Macarıstanın qabaqcıl ali məktəblərindən biri olduğunu, burada bir çox xarici ölkələrdən, o cümlədən Azərbaycandan da tələbələrin təhsil aldığını bildirib. Cənab G.Czeh ATU ilə əlaqələrin inkişafında maraqlı olduqlarını da qeyd edib və yaxın zamanda bu istiqamətdə konkret addımların atılmasının mümkünlüyünü bildirib.
 
Sonra qonaq ATU-nun nəzdində fəaliyyət göstərən klinikalarla və tədris binaları ilə, İnsan anatomiyası kafedrasındakı Anatomik tədris muzeyinindəki nadir eksponatlarla və həmçinin, ATU-nun “Təbib” idman klubunun işi ilə yaxından tanış olub.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub